“Azərbaycanın kənd təsərrüfatı, aqrar-sənaye və qida sektoru” mövzusunda hazırlanmış tədqiqatın ictimai müzakirəsi keçirilib
Azərbaycan-Türkiyə İş Adamları Birliyində (ATİB) "Azərbaycanın kənd təsərrüfatı, aqrar-sənaye və qida sektoru" mövzusunda hazırlanmış tədqiqatın ictimai müzakirəsi keçirilib. ATİB-in mətbuat xidmətindən SİA-ya daxil olan məlumata əsasən, hesabat İsmayıl Xeyirxəbərov tərəfindən hazırlanıb.
Tədqiqat zamanı kənd təsərrüfatının milli iqtisadiyyatda yeri və rolu göstərilib, onun yerinə yetirdiyi funksiyalar müəyyənləşdirilib, qida sənayesi müəssisələrinin inkişafı və onların marketinqi təşkil olunub və bütövlükdə aqrar-sənaye kompleksinin inkişaf perspektivləri müəyyənləşdirilib. Sözügedən hesabatda kənd təsərrüfatının milli iqtisadiyyatda yeri və əhəmiyyəti haqqında məlumat verilir, kənd təsərrüfatının sənaye mıənşəli istahsal sahələri ilə təminatının mövcud vəziyyəti, lizinq haqqında geniş söhbət açılır. Həmçinin hesabatda sektorun dövlət tənzimlənməsinin hüquqi və institusional aspektləri və son beş il ərzində fərdi sahibkar təsərrüfatlarının fəaliyyəti xarakterizə olunub.
Qida sənayesi müəssisələrinin inkişafının mövcud vəziyyəti, ölkə üzrə istehsal olunan əsas növ qida məhsulları və istehsalının dəyişmə meyli verilib ki, buradan da ölkədə hansı qidaya tələbatın daha çox olduğunu bilmək olar. Sektorun inkişaf perspektivləri, son illər əsas kənd təsərrüfatı məhsulları üzrə göstəricilərin dəyişmə meyli, aqrar bazarın ən mühüm infrastruktur elementləri hesabatda aydın şəkildə göstərilib.
ATİB yaxın zamanlarda tədqiqat proqramı çərçivəsində "Azərbaycan turizm sektoru haqqında" mövzusunda həyata keçirdiyi araşdırma üzrə də ictimai müzakirəni təşkil etmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB