Qanun pozuntusuna yol verən avtobus sürücüləri məsuliyyətə cəlb olunacaq
20 yanvar – Avtovağzal istiqamətində hərəkət edən 116 nömrəli avtobusun sürücüsü haqqında müvafiq tədbirlər görüləcək. Bu barədə SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.
O qeyd edib ki, bu ilin 8 ayı ərzində sürücülərlə bağlı 1500-dən artıq şikayət daxil olub: "Şikayətlərin əksəriyyəti dayanacaq qaydalarını pozmaq, sürət həddini aşmaq, sərnişinlərlə pis rəfdar etmək kimi şikayətlərdir. Bir çox hallarda belə sürücülər məsuliyyətə cəlb olunublar. Bu proses tərəfimizdən araşdırılır və buna bənzər halların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. 116 nömrəli marşurut haqqında şikayətlərə gəldikdə isə bunu bəzi sürücülərin mədəniyyətsizliyi ilə əlaqələndirmək olar. Şikayətlərdə avtobusların 15 ilə 20 dəyqə arasında interval götürməsinə gəldikdə isə, bu, avtobusların azlığı ilə əlaqəlidir. Bu problem ətrafında çalışmalar davam edir. Biz artıq "İntelektual Nəqliyyat Sistemi"ni tətbiq etməyə başlayırıq. Bunun üçün də bu interval problemlərinin tez bir vaxtda həllinə nail olacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB