Həmsədrlər Ermənistanın xarici işlər naziri ilə görüşüblər

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer, İqor Popov, Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistana səfər ediblər.

SİA-nın "aysor.am" saytına istinadən verdiyi xəbərə görə, diplomatlar Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.

Görüşdə tərəflər Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkilini müzakirə ediblər. Bundan başqa, münaqişə zonasındakı vəziyyət, problemin sülh yolu ilə nizamlanmasına dair səylər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə