Tanınmış erməni biznesmen Moskvada güllələnib!

Tanınmış erməni biznesmen Moskvada güllələnib!

Moskvanın mərkəzində Voronej vilayətinin İctimai Palatasının üzvü və “Ani” erməni mədəni-xristian ictimai təşkilatının rəhbəri Arsen Papazyan öldürülüb. Axar.az RBK-ya istinadla xəbər verir ki, hadisə yerli vaxtla saat 15:30-da, Myasnitskaya küçəsində baş verib.

Bəzi şahidlər Papazyana 2, digərləri isə 4 güllə vurulduğunu bildirib. Hazırda sifarişli qətl versiyası araşdırılır.

Hüquq-mühafizə orqanlarındakı mənbə “Zvezda” kanalına bildirib ki, Papazyan nüfuzlu iş adamı, erməni diaspor təşkilatının aktivi olub və xeyriyyə işlərinə külli miqdarda pul xərcləyirmiş. Popozyanın əslində Voronejdə erməni disaporuna faktiki rəhbərlik etdiyi bildirilir. O, Ukraynada tikinti sahəsində tenderin qalibi olan müəssisəyə rəhbərlik edib. “Kommersant” qəzeti 2006-cı ildə Papazyanı Voronejdəki erməni diasporunun lideri adlandırıb.

Rəsmi materiallara görə, “Jozefina” VİP istirahət kompleksi, “Noyev kavçek” və “Qarun” kafesi Papazyana məxsus imiş. Həmçinin o, yerli Kikboksinq Federasiyasına da rəhbərlik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə