"Avropa Şurasının baş katibliyində dəyişiklik edilməlidir" MÖVQE

"Avropa Şurasının baş katibliyində dəyişiklik edilməlidir" MÖVQE

"Avropa Şurasında Azərbaycana qarşı real informasiya müharibəsi aparılır. Fikrimcə, Avropa Şurası bu məsələlərlə bağlı öz siyasətində ciddi dəyişikliklər etməlidir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun sözlərinə görə, ilk növbədə bu təşkilatın müvafiq icra orqanı və baş katibliyində dəyişiklik edilməlidir: "Bu baxımdan düşünürəm ki, Azərbaycan nümayəndə heyəti sözügedən təşkilatda də öz mövqeyini bildirəcək və ölkəmizin maraqları Assambleyanın sessiyasında müzakirə olunacaq".

A.Mollzadə əlavə edib ki, Azərbaycan ərazilərini işğal edən Ermənistan Avropa Şurasına (AŞ) daxil olduğu zaman götürdüyü öhdəliklərin çoxunu pozsa da bu təşkilatda həmin məsələlərlə bağlı heç bir müzakirələr aparılmır: "Amma nədənsə, son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri Azərbaycana qarşı yeni hücum təşkil edir və ölkəni üzvlükdən məhrum etməklə hədələyirlər. Bu isə təbii olaraq Azərbaycanda adekvat neqativ reaksiya doğurur. Düşünürəm ki, Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Ölkənin həyatında heç nə dəyişməyəcək".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə