Dağlıq Qarabağ münaqişəsi: sülh, yoxsa müharibə

Dağlıq Qarabağ münaqişəsi: sülh, yoxsa müharibə

Amerikalı həmsdərin bölgəyə ilk səfəri

Oktyabr ayı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş nöqtəsi ola bilər. Məlum olduğu kimi bu ay ATƏT-in Minsk qurupunun yeni amerikalı həmsədri Endryu Şoferin regiona səfəri başlayıb. Diplomatın xarici işlər nazirləri ilə yanaşı, Azərbaycan və Ermənistan prezidentləri ilə də görüşü gözənilir.

Səfərin məqsədi İlham Əiyevlə Serj Sarkisyanın birbaşa müzakirələrini təşkil etməkdir. Bu baxımdan Şoferin bölgəyə gəlişi mühüm əhəmiyyət kəsb edir. Böyük ehtimalla hər iki prezident birbaşa danışıqların keçirilməsinə razılıq verəcək. Lakin əsas məqsəd işğalçı tərəfin - Ermənistanın doğurdan da sülhə hazır olub olmamasıdır. Ümumilyyətə, oktaybrda əldə olunacaq razılaşma Dağlıq Qaraağ münaqişəsinin gələcək taleyi istiqamətində dönüş nöqtəsi ola bilər.

Söhbət Serj Sarkisyanın təzyiqlər nəticəsində imitasiya xatirinə danışıqlara razılaşmasından gedir. Belə olarsa rəsmi Bakı İrəvanın növbəti qeyri-konstruktiv mövqeyinə sərt dillə cavab verə bilər ki, bu da Cənubi Qafqazda yeni və iri ölçülü müharibəyə gətirib çıxara bilər.

Azərbaycan prezidenti Birləşmiş Millətlər Təşkilatının (BMT) tiribunasından Ermənistanı xəbərdar edib. İndiki vəziyyətdə şərtlər bəllidir. Azərbaycan bölgədə sülhün əldə ounmasına hər zaman tərəfdar olub. Ancaq ilk növbədə Dağlıq Qarabağa aidiatı olmayan rayonların erməni silahlıları tərəfindən boşaldılmasıdır. Bundan sonra Dağlıq Qarabağın gələcək statusunn müəyyənəşdiriməsi istiqamətində diplomatik təmaslar davam etdirilə bilər. Yeri gəlmişkən bənzər yanaşma Endryu Şoferin keçmiş həmkarı Riçard Hoqland tərəfindən də səslənmişdi və məcburi köçkünlərin öz yurd -yuvalarına qayıtmasının başlıca prinsip olduğu qeyd olunmuşdu. Yəni İrəvan Bakının qətiyyətli mövqeyi ilə tanışdı. Bu həm də beynaxalq təşkilatların dəstəklədiyi bir yanaşmadır.

Bütün bunların fonunda Sarkisyanın ətraf rayonarların qaytarılması müqabilində Dağlıq Qarabağa (Hansı ki, Ermənistan rəsmiləri bu haqda çox danışır) statusun verilməsi kimi şərtlər irəli sürməsi savaşın başlanması deməkdir. Rəsmi Bakı istənilən halda Dağlıq Qarabağın müstəqil olması ilə barışmayacağını, Azərbaycan ərazilərində ikinci Ermənistan dövlətinin yaradılmayacağı dəfələrlə bəyan edilib. Qarabağa ancaq Azərbaycanın tərkibində ən yüksək muxtariyyat verilə bilər ki, ermənilərin də bu torpaqlarda yaşaması həmin prinsipə daxildir. Konfiliktin sülh yolu ilə həlli istiqamətində başqa alternativlər yoxdur. Sarkisyan bütün reallığı yaxşı bilir. Üstəlik ökəsinin getdikcə dalana dirəndiyi də İrəvandakı cinayətkar rejimə bəllidir. Ən mühüm amillər arasında Azərbaycan silahlı qüvvələrinin gücü dayanır.

Qarabağda mümkün müharibə Ermənistanın mövcud hakimiyyətinin tam anlamı ilə məhvinə gətirəcək. Qısası, seçimi Ermənistan edəcək, ya Azərbaycanın dünya birliyi tərəfindən tanınan əraziləri sülhlə qaytarılacaq, ya da Bakı beynalxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünü hərbi imkanlarından istifadə etməklə bərqarar edəcək. Hələ ki, Azərbaycan Ermənistana seçim etmək üçün şans tanıyıb.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə