Səfir etimadnaməsini prezidentə təqdim edib

Səfir etimadnaməsini prezidentə təqdim edib

Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Boliviya Çoxmillətli Dövlətinin Prezidenti cənab Evo Morales Aymaya təqdim edib. SİA-nın verdiyi məlumata görə, etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti cənab İlham Əliyevin salamlarını Boliviya Prezidentinə çatdırıb.

Prezident cənab E.Morales də öz növbəsində onun salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Görüşdə səfir R.Aslanov Prezident cənab E.Moralesə Azərbaycan haqqında ətraflı məlumat verib. Görüş zamanı Azərbaycan və Boliviya arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident cənab E.Morales səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə