Respublika baş prokuroru Faiq Ağayevin bıçaqlanması ilə bağlı açıqlama verdi
"Xalq artisti Faiq Ağayevin bıçaqlanması ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən intensiv tədbirlər həyata keçirilir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın baş prokuroru Zakir Qaralov bildirib. Hadisə barədə Daxili İşlər Nazirliyi tərəfindən ictimaiyyətə bir neçə dəfə məlumatların verildiyini qeyd edən baş prokuror iki nəfərin həbs edildiyini də xatırladıb.
Xaçmaz şəhərindəki "Arzu" Ticarət Mərkəzinin rəhbəri Nəcimə Babayevanın qətli barəsində danışan baş prokuror istintaqın hələ də davam etdirildiyini bildirib. Z. Qaralov deyib ki, ilkin məlumatlara görə, ticarət mərkəzinin ətrafında bəzi mübahisəli məsələlər də var: "Cinayətin açılması istiqamətində həm Daxili İşlər Nazirliyinin, həm Baş Prokurorluğun məsul əməkdaşları Xaçmaza gediblər. Müxtəlif fərziyyələr üzərində iş aparılır. Sözsüz ki, o məsələlər də araşdırılacaq, cinayət işinin açılması təmin olunacaq".
Baş prokuror eyni zamanda qətllə bağlı hələlik saxlanılanın olmadığını da deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB