Ekvadordakı siyasi proseslər neftin qiymətinə təsir etdi

Ekvadordakı siyasi proseslər neftin qiymətinə təsir etdi

ABŞ-da əmək bazarında vəziyyətin yaxşılaşması və OPEK-ə üzv olan Ekvadorda siyasi proseslərin kəskinləşməsi fonunda dünya bazarında neftin qiymətində nəzərəçarpacaq dərəcədə artım müşahidə olunub. SİA-nınməlumatına görə, bu gün səhər Nyu-York əmtəə birjası NYMEX-də Light Sweet Crude Oil markalı neftin noyabr fyuçerslərinə olan qiyməti 2,11 dollar qalxaraq 79,97 dollar olub.

Eyni zamanda London əmtəə birjası ICE Futures-də Brent Crude Oil markalı neftin noyabr fyuçerslərinə olan qiyməti 1,54 dollar qalxaraq 82,31 dollar olub. Xatırladaq ki, neftin rekord qiyməti 2008-ci ilin 3 iyul tarixində müşahidəedilmişdi-140,73 dollar.

Bütün xəbərlər Facebook səhifəmizdə