Azərbaycan ictimaiyyəti Yaqlandın likdən uzaqlaşdırlması üçün avropalı depudatlara müraciətlər ünvanlayırlar
Avropa Şurasının baş katibi Turbyern Yaqlandın Azərbaycan Məhkəməsinin qərarına əsasən, məhkum olunmuş "REAL" təşkilatının rəhbəri İlqar Məmmədovun azadlığa buraxılmadığına görə, Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə çağırması Azərbaycan cəmiyyətində hiddət və qəzəbə səbəb olub. İctimaiyyətin bütün təqbəqləri AŞPA-nın baş katibini ölkəmizə qarşı qərəzçilikdə günahlandırır və onun baş katiblikdən uzaqlaşdırlması üçün avropalı depudatlara müraciətlər ünvanlayırlar. Söhbət etdiyimiz müsahiblərimiz də AŞPA-nın baş katibinin Azərbaycanla bağlı açıqlamasını onun məsuliyyətsizliyi və özbaşnalığı kimi qiymətləndirdilər.
Millət vəkili Azər Badamov:
- Avropa Məhkəməsində icra olunmamış 10 minlərlə qətnamə və qərarlar mövcuddur. Amma Avropa Şurası buna heç bir şey olmamış kimi yanaşır və qəti münasibət bildirmir. Lakin Azərbaycana qarşı münasibətdə ayrı yanaşmanı ortaya qoyurlar. Yəni "REAL" Hərəkatının sədri İlqar Məmmədovun tezliklə azadlığa buraxılmasını tələb edirlər və Avropa Məhkəməsinin bu barədə qəbul etdiyi qərarın icra edilmədiyinə görə, Azərbaycanı Avropa Şurasının üzvlüyündən çıxarılacağı ilə hədələyirlər. Düşünürəm ki, belə münasibət, başda Avropa Şurasının baş katibi Turbyern Yaqland olmaqla, Azərbaycanı sevməyən insanların bizə qarşı ikili standartlarla yanaşmasıdır. Azərbaycan ərazicə kiçik olmasına baxmayaraq, dünyada müstəqil surətdə sözünü deyir, haqq-ədaləti tələb edir və özünə hörmətlə yanaşılmasını istəyir. Azərbaycan Avropa Şurasından ərazi bütövlüyümüzün dəstəklənməsi ilə əlaqədar qəbul etmiş, qərarların icrasını tələb edir. ATƏT-in Minsk Qrupundan ədalətli mövqe tutmağını və Ermənistana təzyiq göstərilməsini tələb edir. Onlar görürlər ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında günü -gündən güclənir, hərbi gücümüz artır və bəyan edirik ki, əgər beynəlxalq təşkilatlar bu işdə susmaqda davam edərlərsə, biz öz gücümüzlə torpaqlarımızı işğaldan azad edəcəyik. Avropa Şurası da bizim ədalətli tələbimizi xoşlamır. Avropa Şurasında bizi sevməyən qüvvələr bizim müstəqil, cəsarətli siyasətimizi bəyənmirlər və bilirlər ki, 2018-ci ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək və çalışırlar ki, ölkəinmizdəki siyasi sabitliyi, hansı yollarla olursa-olsun, pozsunlar. Onlar bilməlidirlər ki, Azərbaycanda xalqla iqtidar birliyi var və heç bir xarici qüvvə buna xələl gətirə bilməz. Əgər Avropa Şurasından çıxmağımızı tələb etsələr, biz buna getməliyik. Çünki biz ölkəmizin müstəqilliyini kimlərinsə istəyinə qurban verməməliyik. Düşünürəm ki, Azərbaycanın Avropa Şurasının üzvlüyündən çıxarılması baş verməyəcəkdir. Avropa üçün Azərbaycan vacib tərəfdaşdır. Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəyir. Belə hərəkətləri isə, sadəcə, Avropa Şurasının Azərbaycana təzyiqinin ifadəsi kimi başa düşürəm.
Siyasi şərhçi Azər Həsrət:
- Avropa Şurasının baş katibini Turbuyern Yaglandın belə bir iddia irəli sürməsi, onun vəzifə səlahiyyətini aşaraq, siyasi bəyanat verməsi kimi qəbul edilməlidir. Onun təklif etdiyi məsələnin həlli bu şəxsin özünə aid deyil. Ümumiyyətlə isə, hansısa bir şəxsə görə, Avropa Məhkəməsinin çıxardığı qərarı əsas tutaraq, Azərbaycanın qurumdan uzaqlaşdırılması məsələsi gündəmə gətirilə bilməz. Avropa Şurası fərdlərin deyil, dövlətlərin təşkilatıdır və kiminsə nədənsə xoşu gəlmirsə, o adam belə böyük iddia ilə çıxış edə bilməz. Ümumiyyətlə isə, Yaqlandın bu açıqlaması bizim üçün narahatlıq doğurmur. Çünki bu, onun fərdi fikridir və Azərbaycan qarşısında hər hansı öhdəliyə səbəb olmur. Sadəcə, könül bulandırır ki, bunun da səbəbi qərəz və ikili standartdır.
"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev:
- Avropa Şurası dəfələrlə müxtəlif məsələlərlə bağlı Azərbaycana təzyiqlər göstərib. Məsələnin mahiyyəti, dəfələrlə AŞ rəsmilərinin diqqətinə çatdırılsa da, bilərəkdən və ya təsir altında olmaları səbəbindən, bunu görməzlikdən gəlirlər. İndi də "siyasi məhbus" kimi qələmə
verilən "REAL" Hərəkatının sədri İlqar Məmmədovla bağlı Azərbaycana qarşı növbəti təzyiq mexanizmləri işə salınmaqdadır. Belə ki, Avropa Şurasının baş katibi Turbyern Yaqland Azərbaycan Məhkəməsinin qərarına əsasən məhkum olunmuş, lakin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına rəğmən "siyasi məhbus" kimi qələmə verilən və azadlığa buraxılması tələb olunan "REAL"-ın rəhbəri İlqar Məmmədovun azadlığa buraxılmadığına görə, ölkəmizə qarşı misli görünməmiş hüquqi hərəkət edilməsinə çağırıb. Heç şübhəsiz ki, bu, 2001-ci ildən Avropa Şurasının üzvü olan və təşkilat çərçivəsində səmərəli fəaliyyəti, bütün məsələlərə dair öz mövqeyi və rəyi ilə seçilən Azərbaycana qarşı ardıcıl şəkildə həyata keçirilən kampaniyanın tərkib hissəsidir. Onu qeyd edək ki, quruma üzv olduğu dövrdən indiyədək Azərbaycan AŞ-də daim təzyiqlə, ikili standartlarla üzləşib. Müxtəlif dövrlərdə Andreas Qross, Andres Herkel, Kristofer Ştrasser və digər bu kimi xüsusi maraqlara xidmət edən məruzəçilərin anti-Azərbaycan fəaliyyəti heç də uzaq tarix deyil. Krım məsələsində Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan fərqli olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində nümayiş etdirilən ikili standartlar və laqeydlik, qurumdakı müxtəlif qruplar tərəfindən Azərbaycana qarşı aparılan çirkin gözdənsalma kampaniyası və digər məsələlər bunun bariz nümunəsidir. Təəssüf doğurucu haldır ki, son illər AŞPA islamofob meyillərin "qalib gəldiyi", müsəlman ölkələrə qarşı ikili standartlar siyasəti yürüdən bir quruma çevrilib. Türkiyəyə və Azərbaycana qarşı təzyiqləri buna nümunə göstərə bilərik. O cümlədən, təşkilatın müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi güdən dairələrin mənafeyinə xidmət etdiyi artıq şübhə doğurmur. Haqlı olaraq, sual yaranır ki, hansı səbəbdən Azərbaycana qarşı hücumlar təşkil edilir və niyə qərəzli addımlar atılır? Təbii ki, bunun bir neçə səbəbi var. Bu səbəblərdən biri və ən başlıcası Prezident İlham Əliyevin Azərbaycan xalqının milli maraqlarına söykənən müstəqil siyasətinin bəzi Qərb dairələrində və o cümlədən, AŞ-də qıcıq doğurmasıdır. Digər səbəb multikultural dəyərlər və tolerantlıq nümunəsi olan Azərbaycanın müsəlman ölkəsi olmasıdır. Məhz bu səbəbdən, ölkəmiz islamofobiyanın gücləndiyi AŞ-də ittiham hədəfinə çevrilib. Azərbaycanın dünyada artan nüfuzu və regionda gedən proseslərə təsiri, gücü, oynadığı rol da heç şübhəsiz ki, AŞ-dəki anti-Azərbaycan və ermənipərəst dairələri ciddi narahat edir. Məhz bu səbəbdən, Azərbaycana təzyiq və təsir etmək üçün AŞ-dəki bəzi qüvvələr müxtəlif bəhanələr və iftiralarla ölkəmizi hədəfə çevirmək istəyirlər. Necə ola bilər ki, 10 min qərarının icra olunmadığı Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı bir qərarı ölkənin bu qurumdan kənarlaşdırılması proseduruna start verilməsinə səbəb olsun? Təbii ki, verdiyi bəyanat Yaqlandın həm bəzi Qərb dairələri, həm də region ölkələrindən aldığı sifarişin nəticəsidir. Ümumiyyətlə, Yaqland Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən, sifarişlə müstəqil ölkələri hədəfə götürməyi sanksiyalaşdıran bir şəxsdir. Avropa Şurasında Azərbaycana qarşı çirkin oyun quranlar özlərinə sual verməlidirlər ki, bu təşkilat Azərbaycana daha çox lazımdır, yoxsa Azərbaycan onlara? Bu siyasətin nəticəsində Avropa Cənubi Qafqaz kimi strateji əhəmiyyətə malik regiondakı güclü tərəfdaşını və beləliklə də, öz maraqlarının təminatını itirə bilər. Digər tərəfdən, heç kim T.Yaqlanda təşkilatın hansısa üzvünü bu qurumdan çıxarmaqla bağlı hədələmək hüququ verməyib. O, prokuror yox, baş katibdir. T.Yaqlandır son açıqlamaları AŞ-nın nizamnaməsinə də ziddir və Azərbaycanla AŞ arasında münasibətlərin soyumasına səbəb ola bilər.
Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov:
- Avropa Şurasının baş katibinin bu səpkildə bəyanat verməsi Qərbin, həmişə olduğu kimi, ikili standart siyasətindən irəli gəlir. Ümumiyyətlə, isə Avropa Şurasının baş katibinin vəzifəsinə daxil olmayan məsələdir ki, bu cür bəyanatla çıxış edir. Baş katibin vəzifəsi üzv ölkələrlə koordinasiyadır, əlaqələrin inkişaf etdirilməsidir, onlarla hədə dili ilə danışmaq deyil. Azərbaycan Avropa Şurasına 2001-ci ildən daxil olduqdan sonra dəfələrlə biz bu cür qnuna zidd bəyanatları eşitmişik. Bunun da arxasında anti-Azərbaycan qüvvələrin dayandığını çox yaxşı bilirik. Hesab edirəm ki, budəfəki bəyanat da tam qərəzli, Azərbaycanın daxili işinə qarışmaqdır və bu, yolverilməz bir addımdır. Biz müstəqil dövlətik və bizimlə heç kim hədə dili ilə danışa bilməz. Buna heç kimin nə ixtiyarı, nə də səlahiyyəti çatır. Ümumən mən hesab edirəm ki, hansı beynəlxalq qurumda ikili standartlar varsa və bizə qarşı qərəzli mövqe sərgilənirsə, heç o qurum Azərbaycana lazım da deyil. Boş yerə o cür qurumlara üzvlük haqı ödəməyə də dəyməz. Bir vaxtlar bu tip beynəlxalq qurumlara üzvlük Azərbaycanın Qərbə inteqrasiyası üçün lazım idi və bu erməni işğalının dünyaya çatdırılması və onun qarşısının alınması məqsədi daşıyırdı. Lakin bunun əvəzində, biz hədə, ikili standartlar, daxili işlərə qarışmaq və s neqativ hallarla üzləşirik. Əksinə, ermənilərə himayədarlıq görürük. Onda ortaya sual çıxır nəyimizə lazımdır Avropa Şurası? Bu gün Rusiya Avropa Şurasında deyil. Ruslar nəsə itirblərmi? Əksinə, Avropa Şurasının nüfuzuna xələl gəlib. Ona görə də, düşünürəm ki, ədalətə söykənməyən, yalnız öz maraqlarını güdən beynəlxalq qurumlar Azərbaycana lazım da deyil. Biz güclü, müstəqil dövlətik, öz siyasətimiz və öz yolumuz var.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB