Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Nyu-Yorkda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradke (ABŞ), Bernar Fasye (Fransa) və İqor Popov (Rusiya) ilə görüşüb.

Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə dair gündəmdə olan məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə