Azərbaycan prezidenti İlham Əliyev ABŞ-da işgüzar səfərdədir

Azərbaycan prezidenti İlham Əliyev ABŞ-da işgüzar səfərdədir. SİA-nın məlumatına görə, səfərin məqsədi BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 65-ci sessiyasında iştirak etməkdir. Səfər çərçivəsində Azərbaycan dövlət başçısı ABŞ dövlət katibinin Avrasiya energetika məsələləri üzrə nümayəndəsi Riçard Morninqstarla görüşüb. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon da görüşdə iştirak edib.

 

Xatırladaq ki, Azərbaycan prezidenti sabah ABŞ prezidenti Barak Obama ilə görüşü də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə