Bu gün Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi Pərvin Mirzəzadə Kosta Rika Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş müvəqqəti işlər vəkili Jairo López Bolañosu qəbul edib.
SİA-nın məlumatına görə, görüşdə Jairo López Bolaños müvafiq təyinatı və Kosta-Rika Respublikasının Azərbaycan Respublikasında Səfirliyinin açılması ilə əlaqədar olaraq Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanzın Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarova ünvanlanmış məktubunu qarşı tərəfə təqdim edib.
Görüşdə Azərbaycan və Kosta-Rika arasında dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Kosta-Rika Respublikasının Azərbaycan Respublikasında Səfirliyinin açılması ilə Azərbaycanda 64 ölkənin səfirliyi, 12 beynəlxalq təşkilatın nümayəndəliyi və 4 Baş Konsulluq fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB