Türkmənistan prezidenti Azərbaycana gələcək

Türkmənistan prezidenti Azərbaycana gələcək

Türkmənistan prezidenti Qurbanqulu Berdımuxamedov avqustun 8-9-da Azərbaycana rəsmi səfərə gələcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Türkmənistan liderinin Azərbaycana səfəri çərçivəsində aparılan danışıqların yekunu olaraq geniş ikitərəfli sənədlər paketinin imzalanması nəzərdə tutulur.

Bu sənədlər paketinin prioritet istiqamətlərdə qarşılıqlı səmərəli əməkdaşlığın yaradılması və fəallaşmasına istiqamətləndiyi bildirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə