ABŞ-ın Nyu-York ştatında BMT Baş Assambleyasının 65-ci sessiyasının işində iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Qriqori Vaşadze ilə görüşüb. SİA-nın verdiyi xəbərə görə, görüşdə iki dövlət arasında hazırki münasibətlər, energetika sahəsində layihələr və gələcək prespektivləri müzakirə olunub.
Müzakirələr zamanı həmçinin iki nazirin razılığı ilə Azərbaycan XİN rəhbərinin yaxın gələcəkdə Gürcüstana rəsmi səfər etməsi barəsində razılaşma əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB