Hindistanda 47 nəfər sel və torpaq sürüşməsinin qurbanı olub

Hindistanın şimal bölgələrində həftə sonu yağan musson yağışları və torpaq sürüşmələri nəticəsində 47 adam ölüb. SİA-nın məlumatına görə, rəsmilər Uttrahand əyalətinin Almorah bölgəsində qayaların evlərin üzərinə uçması nəticəsində 24 nəfərin həyatını itirdiyini bildiriblər.

 

Əyalətin Pitthoragarh, Çampavat və Uttarkaşi bölgələrində də 23 adam sel sularının qurbanına çevrilib. Şiddətli yağışların bu gün də davam etməsi nəticəsində Tehni su anbarındakı suyun təhlükəli səviyyəyə çıxdığı qeyd edilib.

 

Hindistanın Cammu Kəşmir əyalətinin Ladah bölgəsində avqust ayında ən az 175 insan sel sularının və torpaq sürüşmələrinin qurbanı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...