Xəzər dənizi ilə Urmiya gölü birləşdirilə bilər. SİA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İranlı millət vəkili Əhməd Əli Keyha göldə suyun azalmasının qarşısını almaq üçün Xəzər dənizinin Urmiya gölü ilə birləşdirilməsi layihəsinin gündəmdə olduğunu açıqlayıb.
Türkiyə sərhədinə yaxın bir bölgədə yerləşən göldə suyun azalmasını millət vəkili iki səbəblə izah edib. O, iqlim dəyişikliyi nəticəsində bölgəyə düşən yağıntıların miqdarının azalması və daha çox suya ehtiyacı olan sənaye sahəsinin sürətlə inkişafını suyun azalmasına təsir etdiyini söyləyib. İranlı millət vəkili sözügedən layihənin gündəmdə olmasına baxmayaraq, hələ dəqiqləşmədiyini də diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB