Ermənistan ordusunda baş verən növbəti özbaşınalıq

Ermənistan ordusunda baş verən növbəti özbaşınalıq

Ermənistan ordusunun əsgərləri əmrə tabe olmaqdan imtina edərək qiyam qaldırıb. SİA-nın "ArmToday" saytına istinadən verdiyi məlumata görə, Ararat vilayətində yerləşən N saylı hərbi hissədə müqavilə əsasında xidmət keçən hərbçilər ötən gün silahlarını ataraq, komandanlığın əmrlərini yerinə yetirməkdən imtina ediblər. Saytın yaydığı məlumatda bildirilir ki, sentyabrın 10-da döyüş növbəsinə gedən hərbçilər yemək hazırlamaq üçün özləri ilə qaz plitəsi götürmək istəyiblər. Lakin döyüş xidmətini yerinə yetirmə və yanğın təhlükəsizliyi qaydalarına zidd olduğu üçün bölük komandiri buna icazə verməyib. Bu qərar hərbçilərin narazılığına və rəhbərliklə fikir ayrılığına səbəb olub.

 

Hadisə ilə əlaqədar Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətidə məlumat yayıb. Məlumatda bildirlir ki, "baş vermiş hadisə ilə əlaqədar ordu birləşmələri komandanlığının nümayəndələri hərbi hissədə olublar. Şəxsi heyətlə söhbətdən sonra problem həllini tapıb. N saylı hissənin müqaviləli hərbçiləri xidmətlərini davam etdirirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə