Burger King satışa çıxarılıb

Qlobal böhranın təsiriylə satışlarında ciddi azalma müşahidə edilən, ABŞ-ın ikinci böyük hamburger şəbəkəsi Burger King ona daha cazib, sərfəli qiymət təklif edən şirkətlərlə görüşmələri davam etdirir.

SİA-nın xəbərinə görə, mövzuya yaxın qaynaqlar bildirib ki, Burger King-i satın almaq istəyən şirkətlər arasında İngilis 3i Group-un da olduğu bildirilir. Hər iki şirkətdən də mövzuya bağlı hər hansı bir şərh verilməyib, danışıqların razılaşma ilə nəticələnəcəyi də gizliliyini qoruyur.

Bazar dəyəri təxminən 2.3 milyard dollar olan Burger King dünyanın 75 ölkəsində 12 mindən çox nöqtədə fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə