Yunanıstanda sabahdan etibarən ictimaiyyətə açıq bütün bağlı məkanlarda siqaret çəkmək qadağan olunacaq. Ölkədə siqaret reklamları da qadağan edilib. SİA-nın məlumatına görə, qadağanı pozan şəxslərə 65 - 650 Avro, qanun pozuntularına göz yuman iş yeri sahiblərinə isə 650 - 12 min 750 Avro arası pul cəzası tətbiq ediləcək.
Yunanıstan Səhiyyə Nazirliyi 8 il əvvəl tətbiqinə başlanılan qanunun icrasının gücləndirilməsi istiqamətində sərt tədbirlərin görülməsinin bir zərurət olduğunu açıqlayıb.
Yunanıstanda 15 yaşdan yuxarı insanların 42 faizi siqaret çəkir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB