Naira Zöhrabyan: “Statistikasız da aydındır ki, məhkəmə sistemində korrupsiya halları faciəvidir” İTTİHAM

Naira Zöhrabyan: “Statistikasız da aydındır ki, məhkəmə sistemində korrupsiya halları faciəvidir” İTTİHAM

"Sarukyan" fraksiyasından olan deputat Naira Zöhrabyan Ermənistan parlamentinin bugünkü iclasında ədliyyə nazirinin birinci müavini Artur Ovannisyana sualla müraciət edərək məhkəmə sistemində korrupsiya hallarının nə qədər azalması barədə soruşub. SİA-nın məlumatına görə, bu barədə "aysor.am" saytı yazır. "Hətta statistikasız da aydındır ki, məhkəmə sistemində mövcud olan korrupsiya halları faciəvi olaraq qalmaqdadır"-deyə qeyd edən erməni deputat əlavə edib ki, küçələrdə min dollara tutulan hakimlər sonradan öz kabinetlərində məhkəmə qərarları çıxarırlar.

O, əlavə edib ki, insanlar məhkəmələrə müraciət etməyə qorxurlar, onlar bilirlər ki, təqsirkar küçədə qalacaq, günahsıza isə məhkəmə hökmü oxunacaq.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə