XİN sözçüsü: "Mançesterdəki partlayışda Azərbaycan vətəndaşı ölməyib"
Mançesterdəki partlayışda ölən və xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb. Bu barədə SİA-ya Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə istinadən bildirib.
O qeyd edib ki, amma məsələ ilə əlaqədar səfirlik Böyük Britaniyanın müvafiq qurumları ilə təmaslarını davam etdirir. Əlavə yeni xəbər olduğu təqdirdə, məlumat veriləcək.
Qeyd edək ki, İngiltərənin Mançester şəhərində, "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB