Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, deputatlar Cavanşir Paşazadə və Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin sədri İlham Qurbanov, Qarabağ əlillərindən Saleh Dostiyev və İlkin Hüseynov, Lənkəranda şəhid zabit İqbal Əhmədovun yaşadığı evdə olublar.
SİA-nın verdiyi məlumata görə, Aşağı- Nüvədi qəsəbəsində yaşayan şəhid ailəsi qonaqları qarşılayıb, evin bağçasında təşkil olunmuş çay süfrəsinə dəvət ediblər.
Görüşdə Hadı Rəcəbli ailənin maddi və sosial durumu ilə maraqlanıb, şəhidin 12 yaşlı oğluna məsləhət və nəsihətlərini verib, şəhidin həyat yoldaşının əlillik işinin sənədləşməsi ilə əlaqədar lazımı təşkilatlara müraciət edib problemi yerindəcə həll edib.
Ailənin ağsaqqalı, şəhidin qaynatası Səadət kişi həmişə onlarla maraqlanıb qayğılarına qaldıqları üçün Hadı Rəcəbliyə öz təşəkkürünü bildirib.
Hadı Rəcəbli ailəyə maddi yardım göstərib və xatirə şəkli çəkdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB