"Rusiyada Azərbaycanın əleyhinə işləyən bəzi qüvvələr var. Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi də erməni lobbisinin imkanları hesabına həyata keçirilib". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rövşən Rzayev deyib.
"ÜAK-ın ləğvi ermənilərin təxribatıdır. Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Ermənistan belə məsələləri ortaya atmaqla Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini arxa plana salmağa çalışır. Lakin Rusiya ilə Azərbaycan müttəfiq ölkədir və hesab edirəm ki, iki ölkə arasında münasibətlər çox müsbət istiqamətdə inkişaf edir. Azərbaycan və Rusiya hazırda da münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsində maraqlıdır".
Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB