"Dövlət proqramlarının uğurlu icrası Azərbaycanın simasını dəyişib" MÜNASİBƏT
"Bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişafı prioritet məsələdir. Azərbaycan prezidenti bu sahəyə bütün diqqəti yönəldib. Ölkə başçısının Saatlıda Pambıqçılığın inkişafı ilə əlaqədar keçirilən müşavirədə söylədiyi fikirlər də dövlətin bu sahə ilə bağlı müəyyənləşdirdiyi iqtisadi strateji kursunun müəyyən məqamları ilə bağlı idi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimli deyib.
Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının III mərhələsinin başlandığını deyən deputat bildirib ki, bu proqramların icrası nəticəsində ümumilikdə respublika simasını dəyişib.
F. İbrahimlininin sözlərinə görə, hazırda Azərbaycan dünyaya başqa bir libasda təqdim olunur: "Bu gün Azərbaycan nəinki keçmiş SSRİ məkanında, hətta keçmiş sosialist ölkələri içərisində tamamilə dəyişərək başqa bir dövlətə çevrilib. Bunu digər ölkələr də təsdiqləyir. Təbii ki, bütün bunlar ölkəmizdə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının uğurla icrası nəticəsində əldə olunub".
Deputat qeyd edib ki, bu siyasi kursu davam etdirməklə tezliklə neftdən gələn gəlirə arxayın olmadan, neftsiz Azərbaycan iqtisadiyyatına nail olmaq mümkündür: "Bilirsiniz ki, dünyada gedən iqtisadi böhran, neft erasının başa çatması dünya ölkələrinin hər birində özünməxsus yol seçmək mcburiyyətində qoyub. Düzdür, bu cəhətdən Azərbaycanda elə böyük problem olmadı. Sadəcə ölkəmiz əvvəlcədən götürülən strateji kursu davam etdirmiş oldu. Bu gün iqtisadiyyatımızın çoxşahəli inkişafı vacib olan amillərindəndir. Azərbaycan 11 iqlim zonasında, 9 iqlim qurşağında yerləşir. Bu baxımdan regionlarmızın hər birinin özünün inkişaf imkanları var. Misal üçün isti rayonlarımızda pambıqçılıq, subtropik iqlimə malik olan bölgələrimizdə isə çayçılıq və digər sahələrin inkişafı üçün mühüm şərait var. Bu baxımdan hazırda ölkəmizdə iqlimə, şəraitə, torpağın məhsul gətirmə imkanları, eləcə də havaya uyğun olaraq strateji kurs həyata keçirilir. Vaxtilə Azərbaycan Özbəkistandan sonra ən çox pambıq verən respublikalardan olub. Bu gün də bu kurs davam etdirilir. Azərbaycan prezidentinin Saatlıda söylədiyi fikirlər də bunun təsdiqidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB