Səbuhi Abbasov: “Facebook daha ciddi fəsadlar törətməkdədir” MÜNASİBƏT

Səbuhi Abbasov: “Facebook daha ciddi fəsadlar törətməkdədir” MÜNASİBƏT

"Son 10 ildə İKT-nin inqilabi inkişafı bir çox sahələrə, cəmiyyətlərə ciddi şəkildə təsir etməkdədir. Bunun müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də cəmiyyətə inteqrasiya olunmaqdadır. Demək olar ki, bütün sahələr ciddi şəkildə elektronlaşmaqdadır. Artıq internet üzərindən idarəçilik ön plana keçib. Hər bir inkişaf etmiş və inkişaf etməkdə olan ölkə bu yeniliklərlə ayaqlaşmağa çalışır. Ölkəmiz də nəinki Qafqazda, MDB və dünya miqyasında azad internet ölkəsi kimi tanınmaqdadır. Bu istiqamətdə addımlar bugün də atılmaqdadır". Bunu SİA-ya açıqlamasında internet-media eksperti Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən bütün proqramlar buna əyani nümunədir: "Amma son inqilabi hadisə sayılan sosial şəbəkələr mediaya inteqrasiya edərək internet vasitəsi ilə hər birimizin evinə daxil olmaqdadır. Əhalinin azməlumatlı təbəqəsi isə bu məqamda daha çox mənəvi və psixoloji zərbə alır. Ölkəmizdə xüsusən populyar olan "facebook" daha ciddi fəsadlar törətməkdədir. Belə ki, fərdlərin şərəf və ləyaqətinin qorunması məsələsi isə tamamilə idarəsiz formadadır. Bundan çıxış yolu kimi sosial şəbəkələrin qadağan olunması və ya mümkünsüz qadağaların qəbulu hesab edirəm ki, azad internet siyasətimizə ziddir. Ancaq texniki olaraq bunu etmək nə qədər çətin olsa da mümkündür.

Bu sırf texniki məsələ olduğu üçün tam peşəkar səviyyədə olmalıdır. Əks halda proses dünyada siyasiləşdirilə və ölkəmizin imicinə ziyan gətirilə bilər. Mənim rəhbərlik etdiyim təşkilat bir neçə il öncə milli sosial şəbəkənin yaradılması ilə bağlı təklif irəli sürmüşdü. Bu layihə bu gün də aktualdır. Bir çoxları bunu mümkünsüz hesab edir. Ancaq dövlətin dəstəyi ilə milli sosial şəbəkə institutunu yaratmaqla ən qısa zamanda biz cəmiyyətimizin milli bazaya inteqrasiyasını təmin edə bilərik. Çünki "facebook"a qoyulan istənilən qadağa lazımi effekt verməyəcək və əlavə vaxt itkisinə səbəb olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə