YAP Yevlax rayon təşkilatı "Təhsil" məhəlli ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) YAP Yevlax rayon təşkilatında "Təhsil" məhəlli ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Hesabat-seçki yığıncağında partiyanın rayon təşkilatı aparatının rəhbəri Əli Quliyev, qadınlar Şurasının sədri Əminə Əhmədova, sədr müavini, Yevlax rayon təhsil şöbəsinin müdiri Zərifə Məmmədova və məhəlli ilk partiya təşkilatında olan fəal YAP üzvləri iştirak ediblər.

Hesabat-seçki yığıncağını giriş sözü ilə təhsil şöbəsi məhəlli ilk partiya təşkilatının sədri Yeganə Vəliyeva açıq elan edib.

Yığıncaq iştirakçıları əvəlcə Yeni Azərbaycan Partiasının qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Təşkilatın sədri Yeganə Vəliyeva ötən müddət ərzində məhəlli ilk partiya təşkilatının gördüyü işlər və qarşıda duran vəzifələr haqqında hesabat məruzəsi ilə çıxış edib. Vurğulanıb ki, təhsil şöbəsi məhəlli ilk partiya təşkilatı 1995-ci ildə yaradılıb. "O zaman məhəlli ilk partiya təşkilatının qeydiyyatında 295 nəfər olub"-deyə qeyd edən Y.Vəliyeva ötən hesabat dövründə bu göstəricinin artaraq 2456 nəfərə çatdığını bildirib.

Məhəlli ilk partiya təşkilatının sədri YAP Yevlax rayon təşkilatının dəstəyi və aparılan təbliğatın gücü ilə partiya üzvlərinin sayının hazırda 2783 nəfərə çatdığını vurğulayıb: "Onlardan 2081 nəfəri qadınlar, 484 nəfəri isə gənclərdir. Bu da rayon üzrə təhsil işçilərin 81%-ni təşkil edir".
Y.Vəliyeva həmçinin bildirib ki, əldə edilən uğurlarla yanaşı bəzi nöqsanlar da olub və bu nöqsanların aradan qaldırılması üçün fəaliyyət planı daha da intensivləşəcək: "Söz verirəm ki, əgər yenidən etimad göstərilsə bu nöqsanları aradan qaldırmaq üçün gərgin və səmərəli iş quraraq qısa zamanda yaranmış nöqsanları aradan qaldıracağıq".
Sonra YAP Yevlax rayon təşkilatının sədr müavini Zərifə Məmmədova hesabat ətrafında çıxış edərək, görülən işlərin qənabəxş hesab edildiyini
bildirib və "Təhsil" məhəlli ilk partiya təşkilatının gələcək fəliyyətinə uğurlar arzulayıb.
Digər çıxış edənlər - Yevlax rayon 5 saylı tam orta məktəbin müəllimi Ulviyyə Ağayeva, 8 saylı tam orta məktəbin müəllimi Xumar Rzayeva və digər təhsil işçiləri Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğısından, Onun laiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclər siyasətindən və təhsil sahəsində apardığı uğurlu islahatlardan, eləcə də inkişaf və nailiyyətlərdən danışıblar. Vurğulanıb ki, pedoqoji fəaliyyətlə yanaşı YAP üzvü olan gənc müəllimlərin siyasi cəhətdən hazırlanmasında da yaxından iştirak etməyi özlərinə borc bilirlər.
YAP Yevlax rayon təşkilatı qadınlar şurasının sədri Əminə Əhmədova çıxış edərək ötən hesabata öz münasibətini bildirərək deyib ki, təhsil işçilərinin böyük əksəriyyətinin xüsusi ilə də qadınların Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşməsi yüksək qiymətləndirilməlidir. İlk təşkilatın işini qənabəxş hesab edən Ə.Əhmədova gənclərə üstünlük vürilməsini tövsiyyə edib.
Yığıncaqda 19 nəfərdən ibarət yeni idarə heyəti, sədr müavinləri və Y.Vəliyeva təşkilatın yenidən sədri seçilib. YAP Yevlax rayon təşkilatının IX konfrsına 131 nəfər nüamyəndə seçilib.
Hesabat-seçki yığıncağının sonunda YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev çıxış edeərək vurğulayıb ki, təkcə Yevlaxda cəmiyyətin bu qədər ziyalı təbəqəsinin Yeni Azərbaycan Partiyasının ətrafında birləşməsi YAP nüfuzunun və ziyalılıq səviyyəsinin göstəricisidir.
"Bu gün partiya sıraları getdikcə artır, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına, Onun siyasi qüvvəsinə, Ulu Öndər Heydər Əliyevə və bu yolu davam etdirən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənblarına inanır və onun ətrafında sıx birləşdiklərini nümayiş etdirir"-deyə qeyd edən partiyanın rayon təşkilatının aparat rəhbəri həmçinin bildirib ki, YAP-ın üzvü olmaq hər kəs üçün həm böyük məsuliyyət, həm də fəal vətəndaşlıq mövqeyidir.
YAP Şəmkir rayon təşkilatı
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının Şəmkir şəhər N.Gəncəvi adına məhəlli ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Hesabat məruzəsi ilə çıxış edən ərazi ilk partiya təşkilatının sədri İlhamə Səfərova qeyd edib ki, təşkilatın fəaliyyət planında nəzərdə tutulan bütün məsələlər uğurla həyata keçirilib, bundan sonra da qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün imkanlar səfərbər ediləcək.
O, ötən dövr ərzində ilk partiya təşkilatında görülən işlər, partiya sıralarına qəbul və digər məsələlər haqqında ətraflı məlumat verib. Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bu gün dünyada baş verən gərgin ictimai-siyasi proseslərin fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən bəhs edib. O bildirib ki, ölkəmiz bütün sahələr üzrə böyük uğurlar qazanır və dünya dövlətləri arasında nüfuzu durmadan artır.
F.Vəliyev qeyd edib ki, xalq öz Prezidentini, Onun Sədri olduğu partiyanı dəstəkləyir: "Bu gün partiyanın sıraları getdikcə artır, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına inanır və onun ətrafında sıx birləşdiyini nümayiş etdirir".
Ərazi ilk partiya təşkilatının fəaliyyətini müsbət qiymətləndirən F.Vəliyev təşkilatın gələcək fəaliyyətində uğurlar arzulayıb. Yığıncaqda gündəlikdə duran digər məsələlər müzakirə olunub, yeni tərkib və YAP Şəmkir rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.
Binəqədi rayonu
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransına hazırlıqlıq çərçivəsində Biləcəri qəsəbəsi, Yeni Yaşayış Massivi ünvanlı (314 saylı tam orta məktəb) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
İclası giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Nazir Əliyev ərazi ilk partiya təşkilatının hesabatını diqqətə çatdırıb: "Hesabat-seçki yığıncağından ötən qısa dövr ərzində, ərazi ilk partiya təşkilatı YAP-ın qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirib. Hazırda ərazi ilk partiya təşkilatının 40 üzvü var və partiyanın sıralarına daxil olmaq arzusunda olanların sayı günbəgün artır".
.jpg)
İclasda çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri Ramal Alıyev, Natavan Əfəndiyeva, Arzu Qurbanova, Sahib Hüseynov sədrin hesabat çıxışını qənaətbəxş sayıb və təkliflərini irəli sürüblər.
Sonra hesabat məruzəsi səsə qoyulub. 9 nəfərdən ibarət idarə heyəti, Nazir Əliyev yenidən sədr, Sara Babayeva sədr müavini və YAP Binəqədi rayon təşkilatının IX konfransına isə 1 nəfər nümayəndə seçilib.
İclasda çıxış edən Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov vurğulayıb ki, dövlətimizin gələcəyinin etibarlı, güvənli əllərdə olması üçün başlıca vəzifə sağlam əqidəli gənclər yetişdirməkdir və həyata keçirdiyimiz bütün tədbirlərin qayəsi də bundan ibarətdir: "Bizim hər birimiz dövlətimizin keşikçisi olmalıyıq. Buna görə də, Yeni Azərbaycan Partiyası olaraq, məqsədimiz odur ki, Azərbaycanın sabahı naminə hər birimiz səfərbər olaq, daha çox kütləni əhatə edək. Bu baxımdan isə, müəllimlərdən gözləntilərimiz çoxdur və gənclərin tərbiyəsində əsas məsuliyyət müəllimlərin üzərinə düşür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB