Naira Ayrumyan: "Cəbhədə baş verənlər növbəti təlaşın yaranmasına mane olmur" ERMƏNİ BAXIŞI

Naira Ayrumyan: "Cəbhədə baş verənlər növbəti təlaşın yaranmasına mane olmur" ERMƏNİ BAXIŞI

"Qarabağda yaşayan insanlar və övladları hərbi xidmətdə olan valideynlər yenidən cəbhə xəbərlərini təlaşla izləməyə başlayıblar". SİA xəbər verir ki, bu barədə Ermənistanın lragir.am saytının analitik yazarı Naira Ayrumyan qeyd edir.

Onun yazdığına görə, əslində onlar (Qarabağ erməniləri-R.N.) vəziyyəti yerindəcə qiymətləndirə bilərlər, lakin cəbhədə baş verənlər aprel öncəsi cəmiyyətdə növbəti təlaşın yaranmasına mane olmur.

Erməni müəllif sözügedən yazısında Ermənistanda keçiriləcək parlament seçkilərində istər hakim Respublika partiyasından, istər bitərəflərdən, istərsə də müxalifətdən olacaq namizədlərin nədənsə, "təhlükəsizlik" məsələləri ətrafında xal toplamağa çalşdıqlarına da toxunaraq, onların siyasi spekulyasiya ilə məşğul olduqlarını bildirib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə