Siyasi şərhçi: “Avropa İttifaqı, Avropa Şurası “referendumu” qətiyyətlə pislədi” MÜNASİBƏT
"Dağlıq Qarabağda keçiriləcək qondarma referendumun heç bir hüquqi əsası yoxdur". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, bütün beynəlxalq təşkilatlar da separatçıların keçirdiyi seçkini tanımayıb və rəsmi bəyanat veriblər: "Avropa İttifaqı, Avropa Şurası bunu qətiyyətlə pislədi. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır və qəbul edir. BMT-nin Təhlükəsiz Şurasının 4 qətnaməsi var ki, Azərbaycanın ərazisi olan Qarabağ ermənilər tərəfindən işğal olunub. Separatçılar bu cür seçki şousu yaratmaqla özlərini gündəmə gətirib diqqət mərkəzində olmaq istəyirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB