Prezident: "Çingiz kimi övladlar üstünlüyümüzü bir daha göstərir"

Prezident: "Çingiz kimi övladlar üstünlüyümüzü bir daha göstərir"

"Biz öz torpağımızı müdafiə edirik. Bizim işimiz haqq işidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bütün Azərbaycan cəmiyyəti birdir, həmrəylik göstərir, birlik göstərir. Bu, bizim ümumi məsələmizdir və biz haqlıyıq". SİA-nın xəbərinə görə, Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdə bu barədə danışan Prezident İlham Əliyev Azərbaycanın Ermənistandan qat-qat güclü olduğunu qeyd edib.

Dövlətimizin başçısı deyib: "Azərbaycan Ermənistan ilə müqayisədə qat-qat güclü ölkədir, özü də təkcə iqtisadi və hərbi potensialına görə yox. Bax, Çingiz kimi övladlarımız bizim üstünlüyümüzü bir daha göstərir. Onun üz-üzə qaldığı diversantların sayı 10-dan çox idi. Yəqin Çingiz bilirdi ki, o, ölümə gedir. Yəqin bilirdi ki, o, qeyri-bərabər döyüşdən salamat çıxmayacaq. Ancaq buna baxmayaraq, o, Vətən torpağını müdafiə etmək üçün ölümə getdi və şəhidlik zirvəsinə qalxdı".

Prezident İlham Əliyev Çingiz kimi gözəl övlad böyütdüklərinə görə onun valideynlərinə minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə