Rusiyalı diplomatlar Lapşinə baş çəkib

Rusiyalı diplomatlar Lapşinə baş çəkib

Rusiyanın Belarusdakı səfirliyinin əməkdaşları Azərbaycanın sorğusu əsasında Minskdə saxlanılan blogger Aleksandr Lapşinə baş çəkiblər. SİA-nın məlumatına görə, bu barədə RİA Novostiyə Rusiyanın Belarusdakı səfirliyindən xəbər verilib. Diplomatlar bildiriblər ki, Lapşinin saxlanılma şəraiti ilə bağlı şikayəti yoxdur.

Xatırladaq ki, Lapşin Rusiya ilə yanaşı, həm də İsrail vətəndaşıdır. Daha əvvəl ona İsrail səfirliyinin əməkdaşları da baş çəkiblər. O, Azərbaycan sərhədlərini pozduğu və işğal olunmuş torpaqlarımıza icazəsiz səfər etdiyi üçün rəsmi Bakının müraciəti əsasında Minskdə saxlanılıb. Hazırda onun Azərbaycana ekstradisiyası məsələsinə baxılır.

Bütün xəbərlər Facebook səhifəmizdə