Yaponiya Seuldakı səfirini geri çağırdı

“Ehtiras söndürən qadın” heykəlinə görə
Yaponiya Seuldakı səfirini geri çağırdı

Rəsmi Tokio Cənubi Koreyadakı səfirini geri çağırıb. SİA xəbər verir ki, bu barədə RİA Novosti yazır. Məlumata görə, buna səbəb Yaponiyanın Koreyanın Pusan şəhərindəki baş konsulluğu qarşısında "Ehtiras söndürən qadın" heykəlinin ucaldılmasıdır. Belə ki, müharibə vaxtları yerli qadınlar fahişəlik yolu ilə əsgərlərin cinsi tələbatlarını ödədikləri üçün onlara "ehtiras söndürən qadınlar" adı verilmişdi.

Bildirilir ki, abidə dekabrın sonlarında ictimai təşkilatlardan birinin fəalları tərəfindən ucaldılıb. Hətta Cənubi Koreya ilə Yaponiya arasında belə bir razılaşma olub ki, müharibə vaxtı yapon əsgərləri yerli qadınlar vasitəsilə cinsi əlaqələrini təmin etdiklərinə görə rəsmi Tokio Seula 8,6 milyon dollar ödəyəcək.

Tokiodan bildirilib ki, Yaponiya həmin qadınlara görə təəssüf hissi keçirir, lakin ikinci dünya müharibəsi dövrü yapon əsgərlərinin koreyalı qadınları zorla seksual əlaqəyə məcbur etmələri faktı təsdiqini tapmayıb. Bu səbəbdən, Yaponiya hökuməti Cənubi Koreyadakı səfirini müvəqqəti olaraq geri çağırıb ki, məsələ ilə bağlı ikitərəfli yüksək səviyyəli görüş keçirilsin və sözügedən məsələ həllini tapsın.

Artıq Cənubi Koreya da bu barədə rəsmi məlumat yayıb. Ölkənin xarci işlər nazirliyi Yaponiyanın bu ölkədəki səfiri Yasumasu Naqaminenin və baş konsul Pusane Yasuxiro Morimotonun geri çağırılmaları ilə bağlı fikir bildirib. Onlar baş verənlərdən təəssüf hissi keçirdiyini bəyan ediblər və bildiriblər ki, Koreya Yaponiya ilə bəzi çəətin problemlərin olmasına baxmayaraq, ikitərəfli etimadın və əməkdaşlığın inkişafında daim maraqlı olublar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə