Rusiyalı general şokda HƏLƏB QƏTLİAMI

İqor Konaşenkov: “Onların bir çoxlarının bədən üzvləri yoxdur, digərləri isə başlarından güllələniblər”
Rusiyalı general şokda HƏLƏB QƏTLİAMI

Rusiyalı hərbçilər Hələbin terrorçulardan azad edilmiş ərazilərində insanların kütləvi şəkildə basdırılmış məzarlığını aşkar ediblər. SİA xəbər verir ki, bu barədə Rusiyanın müdafiə nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, Hələbdə aparılan ilkin araşdırmalardan sonra bəlli olub ki, özlərini mötədil müxalifət adlandıran silahlılar özlərindən sonra şəhərin müxtəlif yerlərində bir çoxlarında şok yaradacaq izlər buraxıblar.

"Nəhəng masştabda vəhşi üsullarla qətlə yetirilmiş onlarla suriyalını aşkar etdik. Onların bir çoxlarının bədən üzvləri yoxdur, digərləri isə başlarından güllələniblər"-deyə rusiyalı həbrçi bildirib.

Konaşenkov əlavə edib ki, şəhərdə yeddi nəhəng silah anbarı və çox sayda uçot sənədləri də aşkar olunub. Silah aresanalları isə o qədər çoxdur ki, həmin silahlarla bir neçə tağımı silahlandırmaq olardı.

General əlavə edib ki, Hələbdə savaşın son günləri rusiyalı zabitlər silahlıların nəzarəti altında olan ərazilərə təxliyyə avtobuslarını müşaiyət etdikləri ərəfədə silahlılar ərazilərdə mina quraşdırmaqla məşğul idilər.

"Demək olar ki, burada hər şey minalanıb. Onlar yerdə qalan vaxtlarını yalnız minalamaya həsr ediblər: küçələr, mənzillər, evlər, avtomobillər, küçələrdə sahibsiz qalmış motosikllar, hətta uşaq oyuncaqları"-deyə Konaşenkov əlavə edib.

General sonda onu da qeyd edib ki, hələ şəhər ərazisinin ən kiçik bir hissəsində 3 tank, iki top, iki yaylım atəşi açan reaktiv sistem və saysız-hesabsız kustar üsullarla hazırlanmış minaatanlar, reaktiv sistemlər aşkarlanıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə