Berlin şəhərində törədilmiş faciəvi hadisə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi mətbuata açıqlama yayıb. SİA-nın məlumatına görə, açıqlamada deyilir:
"Biz, Almaniyanın Berlin şəhərində törədilən, insanların ölümü və yaralanmasına səbəb olan faciəvi hadisədən dərindən kədərləndik. Bu hadisə nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, Almaniya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, onların kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik.
Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi hadisə nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB