Əli Əhmədov: "Minsk qrupunun fəaliyyətində dəyişiklik tələb olunur" MÖVQE - SƏS TV
"Ermənistan tərəfindən atılan qeyri-konstruktiv addımlar hazırkı status-kvonunun qorunub saxlanmasına xidmət edir. Ermənistan bununla münaqişənin həllini mümkün qədər ləngitməyə çalışır". SİA-nın xəbərinə görə, bunu Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, lakin Ermənistan rəhbərliyi çox gözəl başa düşür ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq prinsiplər və hüquq normaları əsasında gec-tez həll olunacaq: "Əks halda, münaqişənin həlli üçün Azərbaycan öz imkanlarından istifadə edəcək".
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin mövqeyinə toxunan baş nazirin müavini qeyd edib ki, əslində istənilən münaqişənin həllində vasitəçilik edən ölkələr tərəfsiz olmalıdır: "Amma təəssüf ki, ATƏT-in Minsk qrupu ölkələri ilə bağlı bunu demək çətindir. Mən Minsk qrupunun fəaliyyətini heçə endirmək istəməzdim. Lakin onların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 20 illik fəaliyyətində heç bir nəticə yoxdur. Bu bir reallıqdır".
Ə.Əhmədov sözlərinə görə, heç nəticə əldə etməyən qrupun fəaliyyətində kardinal dəyişiklik tələb olunur: "Bunun hansı formada olması ilə bağlı heç nə deyə bilmərəm. Lakin deyə bilərəm ki, belə dəyişiklik olmayacaqsa, Azərbaycanda ATƏT-in tərkibində qalmağa və yaxud Minsk qrupunun bundan sonrakı fəaliyyətinə ehtiyac varmı, kimi sual yaranacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB