“İrəvan hələ də Ermənistan-İran dəmir yolunun çəkiləcəyinə ümidlidir” Politoloq

“İrəvan hələ də Ermənistan-İran dəmir yolunun çəkiləcəyinə ümidlidir” Politoloq

"İran Ermənistan münasibətlərində mühüm proseslər baş verir. İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri dəqiq tarixlə anons edilsə də, səfər baş tutmadı". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

O bildirib ki, İran prezidentinin İrəvana səfərinin baş tutmamasının dəqiq günahkarı bəlli deyil: "Ehtimal ki, Ermənistan lazımi qaydada dəvət etməyib. Ermənistan İranla bağlı bəzi məsələlərin hüquqi gücə malik müqavilə ilə təsbit olunmasını istəsə də İran yalnız memorandumla kifayətləndi. Qaz tranziti və alqı-satqısı barədə memorandum buna nümunədir. Ermənistan İranla qaz tranziti və alqı-satqısı ilə bağlı memorandumi imzaladı. Memorandumu Ermənistan tərəfindən enerji və təbii ehtiyatlar nazirinin müavini, "Enerqompeks" şirkətinin başçısı A.Arutyunyan imzaladı, İran tərəfdən isə imzalayan şəxsin adı açıqlanmır. Arutyunyan İranla qaz tranziti barədə memorandumu imzaladıqdan sonra verdiyi açıqlamadan bəlli oldu ki, İran qazını Azərbaycanın işğal olunmuş əraszilərinə nəql edilməsi əsas məqsəddir".

Politoloqun sözlərinə görə, İranla Ermənistan arasında illik mal dövriyyəsi 300 milyon dollardır: "Bu rəqəm hər iki tərəfi qane etmir. Ermənistan hökuməti 2017-ci ilin dövlət büdcəsində mövcud olmayan İran Ermənistan dəmiryolunun direktorluğuna 35,3 milyon dram(74 min dollar) vəsait ayırdı. 2016-cı ildə isə 39,2 milyon dram (80 min dollar) vəsait ayırmışdı. Bu onu göstəriri ki, rəsmi İrəvan hələ də Ermənistan-İran dəmir yolunun çəkiləcəyinə ümidlidir. Bundan əlavə, Mehridə İranla Ermənistan arasında azad iqtisadi zona yaradılması məsələsi qətiləşdirilib. Ermənistan 2019-cu ildən başlayaraq ildə 10 milyard kvt saat elektrik enerjisini İrana, ordan da İraqa nəql etmək niyyətindədir".

Bütün xəbərlər Facebook səhifəmizdə