Azərbaycanın ən böyük gənclər ordusu olan Yeni Azərbaycan Partiyası Gənclər Birliyi partiya üzvü olan gənclərin xarici dilə yiyələnməsi və xarici ölkələrdə təhsil ala bilmək imkanalarını genişləndirmək məqsədi ilə Beynəlxalq IELTS Test Mərkəzi olan "World Language Center" və Almaniyada və İtaliyada təqaüdlə təhsilalma imkanları təklif edən "Edu Support"la əməkdaşlıq memorandumu imzalanıb. SİA-nın məlumatına görə, görüşdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirmişdir ki, bizim əsas məqsədimiz gənclərimizin bilik və bacarıqlarını artırmaq, onların xarici dil biliklərini təkmilləşdirmək və xaricdə təhsil almaq istəyində olan gənclərə dəstək olmaqdan ibarətdir. Memorandum imzaladığımız bu mərkəzlər YAP üzvü olan tələbələr üçün xüsusi güzəştlər və endirimlər təklif edir. Buna görə də bizim gənclərimiz rahat şəkildə öz təhsil imkanlarını genişəndirə bilərlər. Elə Partiyanın Gənclər Birliyinin də əsas niyyəti üzvü olduğu gənclər üçün yeni imkanlar axtarmaq və onların arzularını reallaşdırmasına kömək etməkdən ibarətdir.
Anlaşma memorandumuna əsasən artıq YAP GB üzvü olan hər bir gənc asanlıqla təqaüd imkanlarından yararlanaraq Amerika, Kanada, İtaliya və Almaniyanın qabaqcıl universitetlərində təhsil ala biləcək, eyni zamanda YAP GB üzvləri bu Mərkəzlərdə xüsusi endirimlərlə peşəkar müəllimlərin köməyi ilə ingilis və alman dillərini öyrənə biləcəklər. Beynəlxalq imtahan mərkəzləri olan "World Language Center" və "Edu Support" gənclərə mütəmadi olaraq öz peşəkar heyəti ilə ölkə xaricində universitet və ixtisas seçmək, xaricdəki universitetlərə düzgün müraciət etmək, təqaüd imkanları, viza alınması qaydası, xarici ölkədə bank hesabının açılması, oturum və yataqxana sənədləşməsi ilə bağlı seminar və təlimlər keçəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB