ABŞ Silahlı Qüvvələri və koalisiyanın Əfqanıstandakı ən böyük aviabazası yanında baş verən partlayış qurbanlarının sayı dördə çatıb, 14 nəfərin yaralandığı məlumdur. SİA-nın məlumatına görə, bu barədə NATO-nun "Qətiyyətli dəstək" missiyasının bəyanatında söylənilir.
Partlayış bu səhər Əfqanıstanın Baqram şəhərində ABŞ Silahlı Qüvvələri və koalisiyanın ən böyük aviabazası yanında baş verib. Bundan əvvəl 3 nəfərin öldüyü, 13 nəfərin yaralandığı bildirilib.
Partlayışla bağlı məsuliyyəti "Taliban" radikal qruplaşması üzərinə götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB