Avropa Rusiyanın Kalininqraddakı gücündən QORXUR

Regionda güc balansını dəyişəcək
Avropa Rusiyanın Kalininqraddakı gücündən QORXUR

"Qərb ölkələri Rusiyanın Kalininqrad vilayətində hərbi gücünü artırmasından narahat olublar". SİA-nın məlumatına görə, bu barədə The Independent yazır. Yazı müəllifinin sözlərinə görə, Kalininqrad vilayəti Moskva ilə Avropa arasında yaranımş soyuq münasibətlərin nəticəsi olaraq qitədə ən qaynar nöqtəyə çevrilə bilər.

Russia Today isə yazır ki, Polşanın müdafiə naziri Annatoniy Mansereviç Rusiya hərbi gəmilərinin Kalininqrad rayonu ərazisinə gəlməsindən narahat olduğunu bəyan edib. O, inanır ki, Rusiyanın bu addımları regionda güc balansını dəyişəcək.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə