Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu və Aqrar siyasət komitələrinin birgə iclasında ölkədə ağacların kəsilməsi məsələsi müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, məsələ ilə bağlı fikrini bildirən millət vəkili Rövşən Rzayev təmsil etdiyi Göygöl rayonunda ağacların sürətlə kəsildiyini söyləyib. O bildirib ki, ağacların kəsilməsində səbəb insanların istiliklə təminatında yaranan problemlərdir: "Düşünürəm ki, dağətəyi bölgədə yaşayanlar qışda istiliklə təmin olunsalar, orada ağaclar da kəsilməz. Amma ağacların kəsiməsi hallarına təkcə bölgələrdə deyil, son zamanlar paytaxtda da rast gəlinir. Çox təssüf ki, bunun kimlər tərəfindən edildiyi bəzən məlum olmur".
Müzzakirələrə qoşulan millət vəkili Məlahət İbrahimqızı Azərbaycanda yaşıllığın artırılması istiqamətində xeyli işlərin görüldüyün deyib: "Bizdən Avropada Yaşıllar Partiyasına donoslar yazırlar ki, guya burada yaşıllığa qarşı soyqırımı var. Amma onların bir üzvü mənimlə söhbətdə bildirdi ki, mən Bakıya getdim və sizdəki yaşıllığa heyran qaldım. O zaman Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdə Bakıda parkların sayı xeyli çoxaldı. Bu işlər bu gün də davam edir. Paytaxtla yanaşı ən ucqar rayonlarımızda yaşıllıqla bağlı görülən işləri görməmək olmaz. Hər tərəf yaşıllıqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB