Hikmət Hacıyev: “Xorvatiyanın mövqeyini yüksək qiymətləndiririk" AÇIQLAMA

Hikmət Hacıyev: “Xorvatiyanın mövqeyini yüksək qiymətləndiririk" AÇIQLAMA

"Azərbaycan Respbublikasının xarici siyasətində Cənub və Cənub-Şərqi Avropa ölkələri və xüsusda da Balkan ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Bildiyiniz kimi Azərbaycanın Balkan ölkələrində, o cümlədən də Xorvatiyada da diplomatik nümayəndəliyi fəaliyyət göstərir. İki ölkə arasında müstəqilliyimizin əldə edilməsindən sonra və Xorvatiyanın da keçmiş Yuqaslaviyadan ayrılmasından sonra müstəqillik prinsipləri əsasında diplomatik əlaqələr də inkişaf edib". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin deyib.

Onun sözlərinə görə, hal-hazırda Xorvatiya ilə Azərbaycan arasında geniş spektirli əməkdaşlıq üçün əlverişli bir fürsət vardır: "Xorvatiyanın dövlət başçısının Azərbaycan Respublikasına rəsmi səfəri və ölkə rəhbəri cənab İlham Əliyevlə keçirdiyi görüşlər, apardığı müzakirələr əməkdaşlığımızın gələcək inkişafı üçün daha bir əlverişli fürsətlər yaradır. Həmçinin əməkdaşlığımızın keyfiyyətcə yeni bir müstəviyə çatdırılması üçün əlavə təkan verir. Səfər əsnasında əsas müzakirə mövzularından biri siyasi dialoqun inkişaf etdirilməsidir. Təbii ki, bu əsasda da biz Xorvatiyanın mövqeyini yüksək qiymətləndiririk. Xorvatiya prezidenti tərəfindən də mətbuat konfransı zamanı birdaha ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyi ifadə olundu. Beləki Xorvatiya münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həlli prosesinin dəstəkləyir".

XİN sözçüsü bildirib ki, bundan əlavə iqtisadi, ticarət, enerji, nəqliyyat, turizm kimi sahələrdə də əməkdaşlıq üçün əlverişli imkanlar vardır: "O cümlədən maşınqayırma, gəmi sənayesi də digər bir istiqamətlərdir. Turizm sahəsində gəldikdə isə bildiyiniz kimi mövsümi əsasda Xorvatiya tərəfindən Azərbaycana sadələşdirilmiş viza rejimi tətbiq olunur. Eyni zamanda Azərbaycan tərəfi də xorvat turistlərinin Azərbaycana cəlb edilməsi istiqamətində iş aparılır. Hər iki ölkə arasında turizm sahəsində təcrübə mübadiləsinin aparılmasını da yeni bir müzakirə mövzusudur. Bundan əlavə Xorvatiya da mövcud olduğu regionda xüsusilə Baltik və Adriatik dənizlərinin birləşdirilməsi istiqamətində Xorvatiya digər Şərqi Avropa ölkələri, o cümlədən Polşa ilə də birlikdə müxtəlif təşəbbüslərlə çıxış edib. Azərbaycan da bu kimi əlaqələrin artırılması yəni regional nəqliyyat dəhlizlərinin yaradılması kimi proseslərdə və təşəbbüslərdə yaxından iştirak edir. Ona görə də səfər əsnasında bu nəqliyyat konsepsiyalarının da əlaqələndirilməsi, birinin digərini tamamlaması kimi məsələsi də müzakirə olundu. Bu istiqamət enerji istiqamətidir ki, bildiyiniz kimi TANAP layihəsinin davamı kimi TAP layihəsi də Azərbaycan qazının Adriatik dənizinə və İtaliyaya çatdırılmasını nəzərdə tutur. Buradan Xorvatiya da potensial bir tərəfdaş kimi bu məsələdə çox maraqlıdır. Xorvatiyanında gələcək prespektivlərdə bu nəqliyyat dəhlizi sisteminə qoşulması məsələsi müzakirə mövzusudur. Xorvatiya prezidentinin də qeyd etdiyi kimi enerji təhlükəsizliyi Xorvatiyanın da gündəliyində duran vacib məsələlərdən biridir".

H.Hacıyev əlavə edib ki, ticarət sahəsində də əməkdaşlıq üçün geniş imkanlar vardır: "Beləki investisiyalar da növbəti bir prioritet istiqamətlərdir. Kompleks şəkildə götürsək Azərbaycan Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda vacib rol oynayan dövlətdir. Təbii ki, Xorvatiya da öz regionunda mühüm rola malik olan fəal bir dövlətdir. Ona görə də regionlarımız arasında geniş bir kontekstdə əməkdaşlığın inkişafı etirilməsi baxımından da bu əlaqələr mühüm əhəmiyyət kəsb edir".

Bütün xəbərlər Facebook səhifəmizdə