Penitensiar xidmət əməkdaşları üçün təlim təşkil olunub

Penitensiar xidmət əməkdaşları üçün təlim təşkil olunub

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti arasındakı əməkdaşlıq çərçivəsində xidmət əməkdaşları ilə seminar-məşğələ təşkil edilib. SİA-nın məlumatına görə, Ədliyyə Akademiyasında keçirilən təlimin proqramına uyğun olaraq məhkumlarla davranış qaydaları, dinamik təhlükəsizliyin möhkəmləndirilməsi, tibbi heyətə aid olmayan əməkdaşlar üçün azadlıqdan məhrumetmə yerlərində sağlamlıq, o cümlədən əqli sağlamlıqla əlaqədar maarifləndirmə kimi mövzular daxil edilib. İki günlük təlim zamanı qeyd olunan mövzular ətrafında mühazirələr oxunub, əməkdaşları maraqlandıran suallar cavablandırılıb.

Təlimlərdə bir sıra cəzaçəkmə müəssisələrinin əməliyyat-rejim və tərbiyə işləri üzrə rəis müavinləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə