Səfir: "Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyirik"
Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini ciddi şəkildə dəstəkləyir. SİA-nın məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı yeni səfiri Mixael Kindsqrab jurnalistlərə açıqlamasıda deyib. O bildirib ki, Almaniya ATƏT-in Minsk qrupunun üzvüdür və ATƏT-ə sədrlik edir: "Bildiyiniz kimi xarici işlər naziri, ATƏT-in hazırkı sədri Frank-Valter Ştaynmayer bu yay Azərbaycanda səfərdə olub və o açıq şəkildə bəyan etdi ki, biz bu münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik. Əlbəttə biz çox gözəl anlayırıq ki, hazırkı vəziyyətdə status kvo qəbuledilməzdir. Biz hər iki ölkə ilə daim əlaqədəyik və çalışırıq ki, onları məqsədyönlü danışıqlar ilə həllə sövq edək ki, münaqişə öz həllini tapsın. Münaqişənin daha da gərginləşməsinin qarşısını almaq üçün əks tədbirlər görürük ki, eskalasiyanın qarşısı alınsın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB