Akif Nağı: “Qərar beynəlxalq təşkilatlarda boykot olunmalıdır” AÇIQLAMA

Akif Nağı: “Qərar beynəlxalq təşkilatlarda boykot olunmalıdır” AÇIQLAMA

"Bu gün ABŞ və onun Avropadakı müttəfiqləri müxtəlif bəhanələrlə müstəqil ölkələrin daxili işlərinə müdaxilə edir, sabit cəmiyyətlərdə xaos yaradır, hakimiyyət çevrilişləri ssenariləri həyata keçirir. ABŞ bununla bütün dünyaya mesaj verir ki, həqiqət güclünün tərəfindədir. Vaşinqtonun imper siyasəti göstərir ki, bu gün beynəlxalq hüquq işləmir, diktat siyasəti bütün dünyaya hakim kəsilib. Yəni bütün bunlar bir reallıqdır. ABŞ və onun Avropada olan müttəfiqləri, tərəfdaşları müxtəlif formalarda başqa dövlətlərin daxili işlərinə qarışırlar". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, bütün bunlar dünyanı müəyyən mənada idarə etməyin yeni formalarıdır: "Vaxt var idi ki, onalr açıq müstəmləkə şəklində əraziləri zəbt edirdilər və oranın bütün var-dövlətini qarət edib idarə edirdilər. Bəlkə də 10-15 onilliklərdə birinci növbədə ABŞ insan haqları, demokratiya deyilən ifadədən bir təzyiq vasitəsi kimi istifadə edirlər. Beləcə bunu bu və ya digər dövlətin həm siyasətinə təsir etmək, həm də orada hakimiyyətə gəlmək istəyən qüvvələri dəstəkləmək üçün bir vasitə kimi istifadə edirlər. Sonda isə onların istədikləri qüvvələr hakimiyyətə gəldikdən sonra başklayırlar elan etməyə ki, artıq hər şey qaydasındadır insan haqları və demokratiya yüksək səviyyədədir. Amma onlar nə qədər ki, öz istədiklərini hakimiyyətə gətirməyiblər o zaman hər şeyin əskinə danışırlar.

Çox təəssüf ki, onların yaratdığı bu mexanizm hələlik işləyir. Bu başqa dövlətlərin daxili işlərinə qarışmaqdır. Hesab edirəm ki, bunun çıxış yolu əks zərbələr olmalı və faktlar ortaya çıxarılmalıdır. Hətta bir neçə dövlət birləşib ildə bir hesabatla çıxış etməlidir. İkincisi isə onların bu qərarı beynəlxalq təşkilatlarda boykot olunmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə