TürkPA müşahidəçi missiyası Bakıya gəlib

TürkPA müşahidəçi missiyası Bakıya gəlib

Azərbaycanda sentyabrın 26-da keçiriləcək referendumun qısamüddətli monitorinqini həyata keçirəcək TürkPA-nın beynəlxalq müşahidəçi missiyası Bakıya gəlib.

SİA-nın məlumatına görə, Qazaxıstan parlamentinin üzvü Nurlan Dulatbekovun rəhbərlik etdiyi müşahidə missiyasına Qırğızıstan və Türkiyədən də deputatlar daxildir.

Müşahidə missiyası rəsmi şəxslər, siyasi və ictimai təşkilatların nümayəndələri ilə görüşlər keçirəcək, referenduma hazırlığın gedişi ilə tanış olacaqlar. Ümumxalq səsverməsi günü isə Bakıda yerləşən seçki məntəqələrində səsvermənin gedişini izləyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə