Elman Məmmədov: “Qərb özünə baxsın, nümayişçilər necə döyülür, güllələnir” AÇIQLAMA
"Ümumiyyətlə Venesiya Komissiyası Azərbaycanla bağlı bir neçə dəfə neqativ rəy formalaşdırıb. Həm Venesiya, həm də digər komissiyaların, Avropanın qurumlarının və s. işi-peşəsi Azərbaycanda hər hansı bir beynəlxalq səviyyəli, ya da respublika səviyyəli tədbir olan kimi (seçkilər, beynəlxalq tədbirlər ərəfəsində, idman oyunları zamanı, müxtəlif görüşlərdə) onlar hökmən Azərbaycan üçün bir fitnə-fəsad hazırlayıb törədirlər. Ancaq bunların heç bir faydası yoxdur və onlar tərəfindən ortalığa atılan iyrənc hərəkətlərdir. Guya Azərbaycanı nüfuzdan salmaq, ölkəmizin hörmətinə xələl gətirmək, Azərbaycana təzyiq göstərmək üçün onlar bu cür işlərlə məşğul olurlar". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan heç zaman yolundan dönmür: "Ölkəmiz öz uğurlu yolu ilə gedir. Dövlətimiz özünün daxili, xarici siyasətini tənzimlənmiş qaydada bütün hüquq normalarına uyğun demokratiyaya əməl edərək inkişaf edir və irəliləyir. Bütün bunları onlar görən zaman ürəkləri partlayır və gözü tökülür. Qoy, Venesiya Komissiyası və digərləri öz ölkələrinə bir nəzər yetirsinlər. Görsünlər ki, orada insan hüquqları necə tapdalanır, islamafobiya hansı səviyyədədir, dinc nümayişçilər necə döyülür, güllələnir və s. Yəni bunlar öz gözlərində tiri görməyənlərdir və özgə gözünd tük axtarırlar. Ancaq Azərbaycan bunların hamısının cavabını çox yüksək səviyyədə verir. Biz Referendum keçiririk və əcəb edirik. Bu insanlarımızın hüquq və azadlıqlarını qorumaq, insanlarımızın daha xoşbəxt yaşamaları üçün Konstitusiyamıza edilən dəyişikliklər və əlavələrdir. Bu bir növ bizim daxili işimizdir. Biz onların daxili işlərinə qarışmadığımız kimi onların da bizim daxili işlərimizə qarışmağa ixtiyarı yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB