İsveç Rusiyanın hücumuna hazırlaşır? TƏHLÜKƏ

Hərbi rəsmilər: "Dövlət təhlükəsizliyi ciddi təhlükə ərəfəsindədir"
İsveç Rusiyanın hücumuna hazırlaşır? TƏHLÜKƏ

İsveç silahlı qüvvələri Rusiya tərəfindən yarana biləcək mümkün təhlükə barədə informasiyaları əldə etdikdən sonra bu ölkənin hökuməti Baltik dənizinin Hotland adasında daimi hərbi kontingentini yerləşdirmək qərarına gəlib. SİA xəbər verir ki, bu haqda "The Local" "Dagens Nyheter" nəşrinə istinad edərək yazır.

İsveç KİV-lərinin yazdığına görə, bu təhlükənin mövcudluğu sübuta yetirilib və onun təfərrüatları hərbi sirr kimi saxlanılır. Yalnız İsveç hökumətinin razılığı əsasında həmin informasiyalar ictimailəşdirilə bilər.

Lakin buna baxmayaraq, İsveç silahlı qüvvələrinin nümayəndəsi Yesper Tenqrot bəyan edib ki, hələlik hərbçilərin adada dislokasiyası üçün elə də ciddi səbəb yoxdur.

"Əslində, söhbət bütün dünyada vəziyyətin pisləşməsindən gedir. KİV-lərə hörmətimiz var, lakin bizim kəşfiyyatın işi barədə heç bir açıqlama verməyəcəyik"-deyə həbrçi bildirib.

Ancaq buna baxmayaraq, "Dagens Nyheter" adı açıqlanmayan hərbi ekpertin fikirlərini dərc edərək bildirir ki, isveçli kəşfiyyatçılar hər halda mövcud informasiyanı əldə ediblər.

İsveç silahlı qüvvələrinin ali baş komandanı Mikael Byuden və müdafiə naziri Peter Xultkvist ötən yay dəfələrlə öz bəyanatlarında bildirmişdilər ki, dövlət təhlükəsizliyi ciddi təhlükə ərəfəsindədir.

Bununla yanaşı, belə bir qərar qəbul edilmişdi ki, ordunun hərbi hazırlıq səviyyəsini yoxlamaqdan ötrü 150 nəfər hərbçi İsveç materikindən Hotland adasına göndərilib. Hesab olunurdu ki, hərbçilər 2017-ci ilin ilk aylarından başlayaraq, strateji əhəmiyyətli adada davamlı olaraq qalacaqlar. Lakin indi həmin müddət irəli çəkilib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə