Seçicilərə bildiriş paylanması prosesi sabah bitir

Seçicilərə bildiriş paylanması prosesi sabah bitir

Sabah Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar referendum üzrə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bidirişlərin seçicilərə paylanması prosesi başa çatır. SİA-nın məlumatına görə, "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları"na əsasən məntəqə seçki komissiyaları səsvermə gününə 7 gün qalanadək referendum üzrə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bidirişlərin seçicilərə paylanması prosesini başa çatdırmalıdır.

Referendumla əlaqədar bu müddət sabah, sentyabrın 7-də başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə