Sentyabrın 6-da "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Nərimanov rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev referendum aktı haqqında məlumat verib. T.Tağıyev bildirib ki, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Nərimanov rayon şöbəsi ümumxalq səsverməsi ilə əlaqədar üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır.
T.Tağıyev bu məsələ ilə əlaqədar təşkilatın fəallarının əhali ilə aktiv iş apardığını, rayon sakinlərinə təşviqat materallarının paylanıldığını diqqətə çatdırıb. Onun fikrincə, ölkə vətəndaşlarının böyük əksəriyyəti bu əlavə və dəyişikliklərə yekdilliklə səs verəcək.
Çıxış edən "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, ilk milli Konstitusiyanın qəbul olunduğu 1995-ci ildən 2016-cı ilə qədər keçən dövrdə Azərbaycan bütün sahələrdə- siyasi, iqtisadi, mədəni, hüquqi və digər sahələrdə inkişaf edib. İnkişafın özü ilə yeni şərtlər diqtə etdiyini deyən Hikmət Babaoğlunun sözlərinə görə, bu inkişafla ayaqlaşmaq üçün, ölkənin daha optimal və effektli idarəetməsinin təmin olunması üçün, hüquqi sistemin keyfiyyətinin yeni mərhələyə daşınmasını təmin etmək üçün bu dəyişikliklərə ehtiyac yaranır: "Dünyada hər bir ölkənin, beynəlxalq təşkilatların hədəfləri var. Bu baxımdan, Azərbaycan öz milli məqsədlərinə çatmaq üçün fəaliyyət göstərir. Məhz bu milli hədəflərə çatmaq üçün Konstitusiyaya bu dəyişikliklər təklif olunur".
Səlahiyyətli nümayəndə qeyd edib ki, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq. "İlk növbədə qeyd edək ki, layihədə təhlükəsizlik məsələlərindən bəhs edilib. Qeyd edilib ki, 58-ci maddənin IV hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin: "Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır". Milli dövlətin təhlükəsizliyinin təmin edilməsi üçün hazırkı mərhələdə müvafiq tədbirlərin həyata keçirilməsi zəruri və prioritetdir. Nəzərə alsaq ki, hazırda regionda və dünyada olduqca mürəkkəb proseslər baş verir və bunlar milli dövlətlərin mövcudluğuna ciddi təhdidlər yaradır, o zaman qeyd edə bilərik ki, Referendum Aktının layihəsində təhlükəsizlik məsələlərinin yer alması milli dövlətimizin təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır"- deyə, millət vəkili vurğulayıb. Hikmət Babaoğlu bildirib ki, Azərbaycan hüquqi dövlətdir və ölkə Konstitusiyasının üçdə biri insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunub. Amma o da məlumdur ki, hazırkı mərhələdə bir sıra hallarda hüquqdan sui-istifadə edilməsi halları müşahidə edilir. Məhz belə bir maddənin Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapması hüquqi cəmiyyətin inkişafına töhfə verəcək, həm də dövlətin hüquq sistemini yeni keyfiyyət mərhələsinə daşıyacaq. Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycan prezidentli respublikadır, Prezident üsul-idarə sisteminin mövcud olduğu bir sıra ölkələrdə ölkə prezidenti 7 il müddətinə seçilir və ali icraedici hakimiyyətin başçısı kimi özünə birinci vitse-prezident və vitse-prezidentlər təyin etmək hüququ var: "Bu sistem idarəetmədə yeni çevik, effektiv keyfiyyət yaradır. Ona görə də vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda idarəetmə sahəsində yeni və olduqca vacib hadisədir. Beləliklə, Azərbaycanda yeni effektiv, optimal idarəetmə institutu yaradılacaq. Prezidentlik institutu daha da güclənəcək və idarəetmədə yeni operativ və effektiv mərhələ başlayacaq".
Hikmət Babaoğlu onu da qeyd edib ki, Referendum Aktı layihəsində məhkəmə hakimiyyətinin daha operativ, effektiv və ədalətli olmasını təmin edəcək müddəaların əksini tapdığını da vurğulayıb. "Bütövlükdə, bu əlavə və dəyişikliklər özündə ən aktual məsələləri cəmləşdirir və bu da ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq", - deyə, o vurğulayıb.
Görüşdə Nərimanov rayonu Ağsaqqallar Şurasının sədri Miri Həsənov çıxış edərək Konstitusiya islahatlarının ölkəmizin milli maraqlarına xidmət etdiyini bildirib. O, Nərimanov seçicilərini fəal olmağa və sentyabrın 26-da referendum aktına səs verməyə çağırıb.
YAP fəalı Əli Məmmədov da çıxış edərək bildirib ki, hazırda ölkəmiz yüksəliş dövrünü yaşayır: "Biz gələcəyimizi düşünməliyik. Bizim hədəfimiz sivil gələcəyə hesablanan addımlardır. Konstitusiyaya təklif edilən dəyişikliklər də ölkəmizin daha da inkişafına şərait yaradacaq".
Tədbirdə çıxış edən seçicilər Konstitusiya islahatlarını dəstəklədiklərini və Referendum aktına səs verəcəklərini vurğulayıblar.
Lənkəran rayonu
Bu gün "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun üzvləri 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyası ilə bağlı Lənkəran rayonunu Nərimanabad, Balıqçılar, Mamusta, Şürük, Səpnəkəran, Yuxarı Nüvədi kəndlərinin seçiciləri ilə görüşüb..
Tədbiri giriş sözü ilə YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov açaraq, seçiciləri salamlayıb. O seçiciləri 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinində (referendum) fəal iştirak etməyə çağırıb.
Daha sonra çıxış edən millət vəkili Cavanşir Paşazadə sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsi günün reallığıdır və bu dəyişikliklər xalqımızın rifah halının daha da inkişafına xidmət edəcək.
"Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Hadı Rəcəbli isə çıxışında bildirib ki, Konstitusiyaya ediləcək dəyişikliklərə əsasən Milli Məclisə üzv seçilməklə bağlı yaş həddinin 18-ə endirilməsi gəncləri çox sevindirir: "Onların seçmək hüquqları var idi. Amam bu dəyişikliklərdən sonra onlar həm də seçilmək hüququ qazanacaqlar. Bu gün ölkədə gənclik hərəkatı geniş vüsət alıb. Qoy gələcəkdə gənclərimiz parlamentdə yüksək səviyyədə təmsil olunsun. Artıq parlamentdə yaşlılarla yanaşı, orta yaşlılar, gənclər təbəqəsi də formalaşacaq".
Tədbirin sonunda seçiciləri maraqlandıran suallara cavablar verilib.
.jpg)
Suraxanı rayonu
Bu gün "Yeni Azərbaycan" təşviqat qrupunun Suraxanı rayon şöbəsi Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyası ilə bağlı tədbir keçirib. Hövsan qəsəbəsində "Nord" Mədəniyyət evinin qarşısında keçirilən tədbirə 1200 seçici qatılıb. Tədbirdə "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Sevinc Fətəliyeva, millət vəkili Ağacan Abıyev, YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov iştirak ediblər.
Görüşdə ilk çıxış edən YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi haqqında təşəbbüslə çıxış etdiyini, təşəbbüsün Konstitusiya Məhkəməsi tərəfindən dəstəkləndiyini və 26 sentyabr 2016-cı il tarixində Referendumun keçiriləcəyi barədə Ölkə Başçısının Sərəncamını seçicilərin diqqətinə çatdırıb. Daha sonra o, Referendum Aktında nəzərdə tutulan maddələr və mətn dəyişiklikləri haqqında geniş məlumat verdi.
Tədbirdə çıxış edən səlahiyyətli nümayəndə Sevinc Fətəliyeva bildirib ki, Azərbaycan xalqı referendumda iştirak etməklə özünün və gələcək nəsillərin necə yaşayacağını müəyyən edəcək. Onun sözlərinə görə, Konstitusiyaya təklif edilən dəyişiklər zamanın və gündəmin tələbidir: " Xalqımızın hüquqlarının qorunması çox vacibdir. Bu baxımdan Konstitusiyaya təklif edilən dəyişiklərin əksəriyyətinin insan haqlarının qorunmasına həsr edilməsi sevindirici haldır. Bu, Azərbaycanda insan haqları mövzusunun ən önəmli olduğunun göstəricisidir".
Millət vəkili Ağacan Abıyev çıxışında qeyd edib ki, 26 sentyabrda Azərbaycan xalqının gələcək müqəddəratı həll olunacaq: "Bu baxımdan xalqımız budəfəki seçkilərdə daha fəal olmalı, və öz gələcək inkişafı naminə səs verməlidir.
Söz YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva bildirib ki, Referendum Aktı insan hüquq və azadlıqlarını əhatə edir: "Bu dəyişikliklər Azərbaycana uğur gətirəcək".
Sonda YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov hamını həmrəy olmağa, Referendumda iştirak edib Konstitusiyada nəzərdə tutulan əlavələrə və dəyişikliklərə səs verməyə çağırıb.
Sonda çıxış edən seçicilər sentyabrın 26-da keçiriləcək seçkilərdə həmrəy olub, Referenduma "hə" deyəcəklərini qeyd ediblər.
Yevlax rayonu
"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu Seçki Qərargahının Yevlax şəhər şöbəsinin Tədbirlər Planına uyğun olaraq Yevlax rayonu Xaldan kəndində seçicilərlə görüş keçirilib. Tədbirdə "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu Seçki Qərargahının Yevlax şəhər şöbəsinin nümayəndəsi Əminə Əhmədova, ziyalılar, veteranlar, partiya fəalları, gənclər və ictimaiyyət nümayəndələri yüksək əhval-ruhiyyə,böyük mütəşəkkillik və coşqu ilə iştirak ediblər.
"Həmrəy olaq, hə deyək!" devizi ilə keçirilən tədbiri giriş sözü ilə Seçki Qərargahı Yevlax şəhər şöbəsnin sədri müavini Əli Quliyev açaraq iştirakçıları salamlayıb, çox mühüm, məsul kampaniyanın başlanması münasibəti ilə təbrikini bildirib. O, Ulu Öndər Heydər Əliyev siyasi kursunun sədaqətli davamcısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə son 13 ildə qazanılan möhtəşəm uğurlardan, demokratik dövlət quruçuluğu prosesində geniş islahatlardan, ölkəmizin dünya miqyasında artan nüfuzundan, bütün sahələrdə sürətli tərəqqidən, regionların inkişafı fonunda Yevlaxın da yeni mərhələdəki intibahından, gündən-günə çiçəklənməsindən və gözəlləşməsindən bəhs etdi.
Sonra təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili İlham Məmmədov çıxış edərək bildirib ki, müasir dövrün tələblərinə uyğun, ali qanunlara olunan düzəliş və əlavələrlə ifadə olunan ümumxalq səsvermələri (referendumlar) ölkələrin ictimai, siyasi, demokratik həyatında tarixi hadisə kimi böyük əhəmiyyət daşıyır: "Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsi ölkəmizin siyasi həyatına, idarəetmə orqanlarının fəaliyyətinə təsir imkanları baxımından zəruridir və ölkəmizin sürətli tərəqqisinə, insanların daha firavan həyatına dəyərli töhfələrini verəcək.Onu da qeyd etmək vacibdir ki, təklif olunan 23 dəyişikliyin 16-sı insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır. Göründüyü kimi, "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyən möhtərəm Prezidentimizin yorulmaz, fədakar fəaliyyətinin, sərəncam və göstərişlərinin əsas meyarı Azərbaycan vətəndaşlarının maraqları, mənafeyi, ölkəmizin dünya miqyasında qüdrətlənməsi, sürətli tərəqqisidir".
Yevlaxa və Yevlaxlılara daim rəğbətlə, diqqətlə, qayğı ilə yanaşan ölkə Prezident İlham Əliyevin fəaliyyətini dəstəkləyən, bütün siyasi kampaniyalarda mütəşəkillik, coşqu və iradə nümayiş etdirən seçicilərin bu siyasi kampaniyada da fəallığına əmin olan İlham Məmmədov bütün seçiçiləri təbliğat kampaniyasında fəal iştirak etməyə səsləyərək uğurlar arzulayıb.
YAP Yevlax şəhər Təşkilatı Qadınlar Şurasının sədri, Seçki Qərargahının Yevlax şəhər şöbəsinin nümayəndəsi Əminə Əhmədova çıxış edərək bildirib ki, ətrafımızda sürətli inkişaf gedir, zaman dəyişir və biz də zamanla birlikdə dəyişirik. Dövlət və siyasi-ictimai, sosial münasibətlər də inkişaf etdikcə, bu münasibətləri tənzimləyən hüquq normaları da dəyişməli və mövcud şəraitə uyğunlaşdırılmalıdır".
O, Konstitusiyanın 68-ci maddəsində edilən dəyişikliklərə diqqət çəkərək bildirib ki, hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranış hüququ var: "Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Mən sizin hər birinizin 26 sentyabrda seçki məntəqələrinə gəlmiyinizi və seçkilərdə fəal iştirak etmiyinizi istəyirəm".
Təşviqatçılardan Şahin Kərimov, Vaqif Xəlilov və başqaları çıxışlarında vurğulayıblar ki, dövlət idarəçiliyinin daha səmərəli və keyfiyyətli fəaliyyətinin təminatına yönələn Konstitusiya dəyişiklikləri dünyanın ən müasir, modern tələblərini özündə ehtiva edir, Azərbaycanın sürətli inkişafına, xalqın daha firavan həyatına hədəflənib. Bildirilib ki, Prezident İlham Əliyevin bütün təşəbbüslərinin xalq tərəfindən hər zaman dəstəkləndiyi kimi, bu dəfə də xalqımız ölkə başçısının ətrafında olacaq və bu siyasi kampaniyada həmrəylik nümayiş etdirəcək.
.jpg)
.jpg)
.jpg)
.jpg)
Şəki rayonu
Referendumla əlaqədar "Yeni Azərbaycan" təşviqat qrupunun növbəti yığıncağı Şəkidə baş tutub. Akt zalında keçirilən görüşdə 250 seçici iştirak edib. Görüşdə ilk çıxış edən Yeni Azərbaycan Partiyasının Şəki rayon təşkilatının sədri Həsən Həsənov seçicilərə Konstitusiyaya təklif edilən əlavələr və dəyişikliklər haqqında məlumat verib.
O bildirib ki, ötən dövr ərzində artıq iki dəfə ümumxalq səsverməsi ilə ali qanunvericilik sənədininə müəyyən dəyişiklik və əlavələr edilib. Onun sözlərinə görə, budəfəki dəyişikliklərin edilməsi də zəruridir: "Ölkəmiz inkişaf edir. Bu inkişaf dəyişikliklərə zəmin yaradır. Bu baxımdan düşünürəm ki, yeni təklif edilən əlavə və dəyişikliklər ölkəmizin gələcək inkişafı üçün daha da geniş yol açacaq. Biz bu inkişafı dəstəkləməli və Seçkilərdə fəal iştirak edib Referendum aktına hə deməliyik".
Daha sonra təşviqat qrupunun üzvləri, Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının müəllimləri Sədrəddin Babayev, Nuralı Çələbiyev və Şəki şəhər Veteranlar Şurasının sədri Mustafa Əhmədov çıxış edərək seçicilərə referendum aktının həmiyyəti haqqında danışıblar. Onlar seçiciləri Referendumda aktiv iştirak etməyə çağırıblar.
Görüşün davamında seçicilərin Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı sulları cavablandırılıb.
Xətai rayonunda sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - Referendumla bağlı "Yeni Azərbaycan" təşviqat qrupunun Xətai rayon şöbəsi təbliğat-təşviqat kampaniyasına start verib. Tədbiri giriş sözü ilə açan "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili, YAP Xətai təşkilatının sədri Hüseynbala Mirələmov bildirib ki, tədbirin məqsədi referendumla bağlı seçicilər arasında izahat və maarifləndirmə işlərini daha da fəallaşdırmaqdır. O qeyd edib ki, Konstitutsiyada nəzərdə tutulan dəyişikliklərin mahiyyətində dövlətçiliyin təhlükəsizliyi, vətəndaşların hüuqu və azadlıqlarını təmin etmək və digər məsələlər dayanır.
Millət vəkili çıxışı zamanı Xətai rayon seçicilərini Referendum Aktına səs verməyə və sentyabrın 26-da keçiriləcək seçkilərdə aktiv iştirak etməyə dəvət edib. Onun sözlərinə görə, Azərbaycanın gələcəyi yalnız siz seçicilərin əlindədir.
Daha sonra söz BDU-nun Konstitusiya Hüququ kafedrasının müəllimi hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürova verilib. Çıxışçı seçicilərə Konstitusiyaya təklif olunan əlavələr və dəyişikliklərin mahiyyəti barədə ətraflı məlumat verərək sözgedən dəyişikliklərin ölkəmiz və xalqımız üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. .
Sonda tədbir iştirakçıları Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə hamılıqla səs verəcəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB