"Azərbaycan 15 iyul tarixində Türkiyənin müstəqilliyinə, bütövlüyünə, konstitusiyasına qarşı olan bu cinayəti qətiyyətlə pislədi". SİA-nın məlumatına görə, bunu Türkiyədə səfərdə olan Azərbaycanın daxili işlər naziri Ramil Usubov mətbuat konfransında deyib.
O bildirib ki, hadisədən sonra hüquq mühafizə orqanları və digər müvafiq qurumlarla toplantı keçirlib, FETO-nun, Fətullah Gülənin Azərbaycana sızmış emissarlarının müəyyən edilməsi ilə bağlı müvafiq tədbirlər görülməsinə dair qərar qəbul edildi: "Avqustun 12-də Pespublika Prokurorluğunda bununla bağlı cinayət işi başlanıldı, artıq beş nəfər həbs edilib, bir neçə KİV, həmçinin ANS TV və digər qurumlar o pozuculara dəstək verdiyi üçün qapadılıb və bu işlər davam etdirilir".
Nazir çevrilişə cəhd zamanı şəhidlik zirvəsinə ucalanlara Allahdan rəhmət diləyib, yaralıların tezliklə sağalmasını arzu edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB